İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT ali komissarı: “Malayziya təyyarəsinin vurulması hərbi cinayət kimi qiymətləndirilməlidir”

1096 28.07.2014 14:16 Dünya A A
Ukraynada separatçılarla hökumət qüvvələri arasında döyüşlərin getdiyi ərazidə Malayziya avialaynerinin vurulması hərbi cinayət kimi qiymətləndirilməlidir.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla BMT-nin insan haqları üzrə ali komissarı Navanethem Pilley çıxış edib.
 
N.Pilley bildirib ki, “Malaysian airlines” şirkətinə məxsus təyyarə Ukraynadakı durum barədə hesabatın hazırlanması başa çatan kimi, yəni iyulun 17-də vurulub. Onun sözlərinə görə, hesabat iyunun 8-dən iyulun 15-dək olan müddəti əhatə edir.
 
BMT komissarı qeyd edib ki, tezliklə hadisənin detalları araşdırılmalı və bu barədə beynəlxalq müstəvidə ölçü götürülməlidir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR