İnsanlara hürriyət, millətlərə istiqlal!

Bloger qadınları zorlamağa səsləyir, reket jurnalist benzin pulu dilənir - Sevinc Telmanqızı ilə “Canlı debat”

1583 12.07.2021 13:13 Gündəm A A

 

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə “qadınları zorlayın” deyə çağırış edən blogerlə bağlı araşdırmalara başlayıb.

Mətbuatın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sözügedən paylaşımdan məlumatlıdırlar:

“Artıq həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq, həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq”.

Kimdir bu bloger və cəzalandırılmasa ölkədə hansı bir axının yaranmasına səbəb ola bilər?
Şəhid ailəsindən pul alan “jurnalist” üzr istəsə də... Reket jurnalistlər şəhid və qazi ailələrinə “dadanmasın” deyə onlarla mübarizə hansı səviyyədə aparılmalıdır? Ölkədə bu sahə ilə mübarizəyə niyə istənilən səviyyədə start verilmir? Bu ünsürlərin kökünü kəsməyin yolu nədən keçir?

Xarici İşlər Nazirliyimiz isə ATƏT-in Minsk qrupu üzvü olan 3 gülməşəkər dövlətin – ABŞ, Fransa və Rusiyanın ölkəmizdəki səfirlərinin Şuşa səfərindən imtinasından gileylənir. Səfirlərin səfərdən imtinasından gileylənməyə dəyərmi? Bu imtinanın arxasında hansı məqamlar var? Pərdəarxasındakı nüanslarda nələr gizlənib?

Narkotiklərlə mübarizə sahəsində yeni bir hərəkətlənmə var. Hüquq-mühafizə orqanlarının bu fəallığı sözügedən bəlanı cəmiyyətdən uzaqlaşdıra biləcəkmi?

Bu və gündəmdəki digər mövzuları bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində izləyəcəksiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:


Youtube səhifəsinin ünvanı:


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR