İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken Lavrovla telefon danışığı barədə Ukrayna xarici işlər nazirini məlumatlandırıb

314 30.07.2022 01:47 Dünya A A

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib. Ukrayna xarici işlər nazirinin sözlərinə görə, dövlət katibi Blinken onu Rusiya XİN başçısı Sergey Lavrovla telefon danışı barədə məlumatlandırıb.

"Biz Ukraynanı iqtisadi və hərbi cəhətdən daha da gücləndirmək barədə razılaşdıq və Ukraynanın rus işğalını uğursuzluğa düçar etməsi üçün növbəti praktiki addımları müzakirə etdik", - Kuleba bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR