İnsanlara hürriyət, millətlərə istiqlal!

Blinken: "Azərbaycanla Ermənistanın birgə fəaliyyətini dəstəkləyirik"

318 28.06.2023 01:36 Son xəbər A A

“Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Azərbaycan və Ermənistanın birgə fəaliyyətini dəstəkləyirik”.

Bunu ABŞ dövlət katibi Antoni Blinken “Twitter”də yazıb.

“Bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla sülh danışıqları aparırıq. Dialoq davamlı sülhün açarıdır”, - Blinken qeyd edib.

Qeyd edək ki, iyunun 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib. Daha sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə görüşüb.

Danışıqlar iyunun 29-dək davam edəcək.//Oxu.az

Screenshot_1.png (359 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR