İnsanlara hürriyət, millətlərə istiqlal!

Bjezinski Ukraynanın gələcəyi haqqında proqnoz verib

2755 11.12.2013 15:34 Son xəbər A A
ABŞ siyasətçisi Zbiqnev Bjezinski Ukraynanın gələcəyi haqqında proqnoz verib. ANS PRESS-in Ukrayna mətbuatına istinadın verdiyi məlumata görə, ABŞ prezidenti Cimmi Karterin yanında milli təhlükəsizlik üzrə müşavir olmuş Bjezinskiy hesab edir ki, Ukraynada olan hazırki hadisələr geridönülməzdir və ciddi geosiyasi nəticələrə gətirib çıxaracaq. 

Britaniyanın “Financial Times” qəzetində çap olunmuş məqalədə, Bjezinski, “Ukrayna “əvvəl ya axır” demokratik Avropanın bir hissəsinə çevriləcək. Amma, Rusiya tez bir zamanda onun nümunəsinin ardınca gedəcək”,-deyə proqnoz verib.

Bjezinskinin qiymətləndirməsinə görə, Ukrayna vətənpərvərlik dalğası milli müstəqilliyə sadiqliyin real siyasi dominanta çevrilməsinə işarədir”. Xüsusən də, onun fikrinə görə, bu, özünü nə dil, nə də tarixi nöqteyi-nəzərindən özünü “Ana Rusiya”nın bir hissəsi kimi hiss etməyən Ukrayna gənclərinə aiddir.

Bjezinski əmindir ki, Avropa İttifaqı iqtisadi və maddi dəstəyi ilə Kiyevin tələblərinə daha həssaslıqla yanaşmalıdır. Onun sözlərinə görə, Ukrayna tendensiyasının Rusiyaya təsiri uzaq gələcəkdə hiss olunacaq.

“Rusiyanın əmələ gələn yeni orta təbəqəsi bu qənaətə gələcək ki, yeganə ağıllı yol, həqiqətən də müsair, demokratik, hətta bəlki də avropanın aparıcı dövlətlərindən olmaqdır”. 

Bjezinskiy hesab edir ki, Ukraynanın Avropa İttifaqına yaxınlaşmasına yüksək təbəqənin vətənpərvərlik səviyyəsinin aşağı olması mane olur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR