İnsanlara hürriyət, millətlərə istiqlal!

BİZNESMEN DEPUTATLARDAN ELMİRA AXUNDOVANIN TƏNQİDİNƏ REAKSİYA GƏLDİ

1216 26.06.2010 09:15 Siyasət A A

Əhəd ƏhmədovMilli Məclisdə iri biznes adamlarının olduğunu vurğulayan deputat deyib ki, onlar deputat kimi öz fəlaiyyətlərini səmərəli qura bilmədi. “Adətən onlar susurlar” - deyən E.Axundova əlavə edib ki, Çingiz Əsədullayev də daxil, bir-iki nəfər istisna olmaqla digərləri passiv fəaliyyəti ilə seçilib. “Bəlkə də səviyyələri olmadı, bəlkə də  siyasət aləmində tanınmadıqlarına görə utandılar danışmağa” deyə, xanım deputat bildirib.
Maraqlıdır, E.Axundovanın tənqidi fikirləri biznesmen deputatlar tərəfindən necə qarşılanıb?
İş adamı Əhəd Əhmədov dedi ki, xanım deputatının dediklərindən fərqli olaraq  öz fəaliyyətindən razıdır: “O, bu sözləri mənim haqqımda deməyib. Bir də ki, məsləhətim budur ki, ünvanlı danışsın”. Parlamentdə çıxış etmədiyini və passiv fəaliyyəti ilə xatırlandığını nəzərinə çatdıranda deputat razılaşmadı: “Çox çıxış etmək nə isə deyil ki.  İnsanın danışmaq qabiliyyəti olmalıdır. Ancaq ondan da vacib dinləmək qabiliyyəti olmasıdır”.
Baba Tağıyev“Avropa qapıları” şirkətinin təsisçisi Baba Tağıyev də iradlarla razılaşmadı. Dedi ki, bu, sadəcə Elmira xanımın şəxsi fikridir: “Elmira xanımla bir dəfə İTV və Xəzər TV-də  debatlarda olmuşam. Həmin debatlara baxsanız görərsiniz mənim fəaliyyətim nədən ibarətdir”. Deputat bildirdi ki, o, fəaliyyəti dövründə təkcə türk dünyasının problemlərinə deyil,  həm də islami dəyərlərin müdafiəsindən bəhs edib: “Təkcə milli ideyaları deyil, eləcə də demokratik ideyaları müdafiə etməyə çalışmışam. Mən kifayət qədər azad ruhlu insanam. Həmişə də öz fəaliyyətimdə milli, demokratik ideyalara, islami dəyərlərə sadiq qalmağa çalışmışam. Kim məni passiv deputat sayırsa, səhv edir".
Parlamentdəki digər biznesmen deputatlarla isə mobil telefonları şəbəkə xidməti xaricində olduğundan danışa bilmədik. Yəqin ki, “gərgin” fəaliyyətdən sonra yay istirahətinə yollanıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR