İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizim şəxsiyyət" qəzetinin məhkum baş redaktoru: "Qəzetdə 146 işçim var" - TƏFƏRRÜAT

650 15.04.2022 11:52 Kriminal A A

“Bizim şəxsiyyət" qəzetinin baş redaktoru İlqar Məmmədov 2 il 8 ay müddətə azadlıqdan məhrum edilib. Səbail Rayon Məhkəməsinin hökmü ilə 2 il 8 ay müddətinə jurnalistika fəaliyyəti ilə məşğul olması da qadağan olunub.

Musavat.com xəbər verir ki, 1971-ci il təvəllüdlü redaktor bir neçə nəfərdən işə düzəltmək adı ilə pul alıb.

Belə ki, o, bir nəfərdən çay fabrikinə işə düzəltmək üçün 2000 manat, Turanə Məmmədovanı kompüter mütəxəssisi kimi işə düzəltmək adı ilə 3300 manat, başqa bir nəfərdən pandemiya vaxtı Qazaxıstana səfərini təşkil etmək adı ilə 750 manat pul alıb.

Onun ən böyük cinayəti isə məhz pandemiya dövründə üzə çıxıb. Araşdırmalar zamanı müəyyən edilib ki, İlqar Məmmədov pandemiya vaxtı 146 nəfərin məhdudiyyətlərdən yayına bilmələri üçün onların qəzetin redaksiyasında müxtəlif vəzifələrdə işləməsi barədə www.icaze.e-gov.az internet portalına yalan məlumatlar daxil edib. Ümumi əməliyyat sayı isə 300-dən çox olub.

İ.Məmmədov ifadəsində bildirib ki, 146 nəfər onun qəzetinin rəsmi işçiləri imiş. Digər şəxslərdən isə işə düzəltmək adı ilə yox, borc olaraq pul alıb. Hazırda da borclarını qaytarıb və ondan şikayətçi olan yoxdur.

Şahid və zərərçəkmişlərin sözlərinə görə, təqsirləndirilən şəxs özünü jurnalist, “Heydər Əliyev adına Bizim Şəxsiyyət” adlı qəzetinin redaktoru, “Azərnəşr”də şöbə rəisi, vəzifəli şəxs və sahibkar kimi təqdim edib.

İstintaq müəyyən edib ki, İ.Məmmədov mindiyi taksinin sürücüsünə, qonşusuna, keçmiş sürücüsünə, ayrı-ayrı tanımadıqları şəxslərə 35-72 manat müqabilində icazə vərəqələri satıb.

Onun daha əvvəl də məhkumluq həyatı yaşadığı məlum olub.

İsintaq materiallarında göstərilir ki, İ.Məmmədovdan icazə vərəqəsi alan şəxslər arasında şəhid Aqil Mirzəliyevin dostları da olub. Onlar İsmayıllıda keçiriləcək dəfn mərasimində iştirak etmək üçün İlqar Məmmədovdan adlarının portala salınmasını istəyiblər. Bununla da onlar şəhid tələbə yoldaşlarının dəfn mərasimində iştirak edə biliblər.

Qeyd edək ki, baş redaktor birinci Qarabağ döyüşlərinin iştirakçısı və müharibə veteranı olmaqla yanaşı, prezident təqaüdçüsüdür.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR