İnsanlara hürriyət, millətlərə istiqlal!

“BİZİM MƏQSƏDİMİZ İNSANLARI EVSİZ-EŞİKSİZ QOYMAQ DEYİL”

4168 10.04.2012 18:56 Son xəbər A A

Tədbirdə çıxış edən Dövlət Neft Şirkətinin hüquq şöbəsinin sədri Eldar Orucov bildirib ki, Neft Şirkətinə məxsus ərazilərin zəbt edilməsi bu gün də davam etdirilir: “Biz çox qısa müddətdə tikilən evləri və yarımçıq tikililəri sökürük. Biz 2006-cı ildən bəri mübarizəni genişləndirmişik. Bizim məqsədimiz insanları evsiz-eşiksiz qoymaq deyil. Məqsədimiz beynəlxalq şirkətlərlə imzaladığımız müqavilələrdən irəli gələn şərtlərə əməl etməkdir. Çünki həmin ərazilərdə yeni quyular qazılmalıdır. Biz hasilatı iki dəfə artırmalıyıq”. E.orucov bildirib ki, məhkəmə qərarı olsa belə, Neft Şirkəti köhnə tikililəri sökmür: “Evi sökülın vətəndaşlara deyirik ki, gedin məhkəməyə şikayət edin, dəymiş ziyanı sövdələşmə apardığınız qurumlardan alın”.

Neft Şirkətinin rəsmisi bildirib ki, hazırda məhkəməyə 15 min iddia verilib: “Heç bir vətəndaşın sənədi yoxdur. Biz məcburuq sənədsiz evlərə sahibsiz tikililər kimi yanaşırıq. Neft Şirkətinin ərzilərində 22 mindən çox qanunsuz tikili var”. Vətəndaşların döyülməsi məsələsinə gəlincə, o, deyib ki, Neft Şirkətinin işçiləri özlərini müdafiə üçün bunu edirlər: “Bu, zəruri müdafiə həddidir. Amma bizim vətəndaşlar da həddi aşmamalıdırlar. Əgər belə bir neqativ hərəkətləri olarsa  biz onları da cəzalandırırıq”. E.Orucov Sulutəpə ərazisində tikilən məmur villalarına da münaisbət bildirib. O, Oqtay Əsədovun orada tikilən villası ilə bağlı belə deyib: “Bununla bağlı müvafiq qurumlar araşdırma aparmalıdırlar”.


O,onu da bildirdi ki, məhkəmə qərarından sonra bütün qanunsuz tikililər söküləcək. “Vətəndaşlar isə öz hüquqlarının müdafiəsinə qalxaraq onlara dəymiş ziyanı müvafiq qurumlardan tələb edə bilərlər”-deyə o, bildirib.Sonda E.Orucov jurnalistlərin suallarını cavablandırıb. "Vətəndaşlar sual edirlər ki, Sulutəpədəki Oqtay Əsədovun villası niyə sökülmür?" sualına onun cavabı belə olub: "Bununla bağlı müvafiq qurumlar araşdırma aparmalıdırlar. Ümumiyyətlə, Neft Şirkətinin ərazisində yalnız kasıblar deyil, varlı insanlarda ev tikir. Amma qanunsuz tikililərin hamısı məhkəmə qərarı ilə söküləcək". E.Orucov Yavər Camalovun “Azneft” İstehsalat Birliyinin baş direktoru olan zaman Bakının keçmiş meri Rafael Allahverdiyevə bir sıra ünvanlarda neft-qaz çıxmadığı üçün həmin torpaqların təhvil alınması xahişinə də münasibət bildirib. Vaxtilə Rafael Allahverdiyevin buna razılıq verdiyini, ancaq Yavər Camalovun buna səlahiyyəti olmadığını qeyd edib: “Bibiheybətdə, Binəqədidə və Tağıyev adına qəsəbələrdə tikililər olub. Biz 2010-cu ildə müraciət etdik, həmin sərəncam Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edildi”.


Günay MUSAYEVA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR