İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizi qurbanlıq ət kimi döyüşə göndərirlər” - Əsir düşən rus əsgərindən dəhşətli ETİRAFLAR

3180 27.03.2022 17:45 Gündəm A A

Ukrayna ordusuna əsir düşən Rusiyalı əsgərlərdən biri komandirlərinin onları qurbanlıq ət kimi qabağa verdiklərini və döyüş meydanında atıb qaçdıqlarını söyləyib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin telegram kanalında xüsusi material yayımlanıb.

Adı çəkilməyən əsgər Ukraynanın Luqansk vilayətinin Rubejnoe şəhəri yaxınlığındakı döyüşlərdə əsir düşdüyünü bildirib.

“Onun sağ qaldığı üçün bəxti gətirib. Əks təqdirdə “Yük 200” yazılı qara kisəyə bükülmüş halda valideynlərinə göndəriləcəkdi”, - deyə xəbərdə bildirilir.

“Böyük atışma oldu. Biz yoldaşlarımızla birlikdə geri çəkilirdik. 50 metr qaçdıqdan sonra mən kürəyimdən yaralandım. Yanıma komandir və çavuş gəldi. Onlar mənim üzərimdən silah, sursat və təchizatı götürdükdən sonra getdilər və heç bir kömək göstərmədilər. Hətta mənim “heç olmasa ağrıkəsici iynə vurun, yalvarışlarıma belə qulaq asmadılar”, - deyə əsgər danışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR