İnsanlara hürriyət, millətlərə istiqlal!

Biz tezliklə torpağımıza qayıdacağıq - Laçın sakinləri (VİDEO)

890 26.08.2022 12:40 Qarabağ xəbərləri A A

Trend-in çəkiliş qrupu Xırdalan şəhəri ərazisində məskunlaşmış Laçın rayonundan məcburi köçkün Nəsirovlar ailəsinin qonağı olub, təəssüratlarını öyrənib.

Ailə başçısı Nəsirov Əbülfəz ilk növbədə torpaqlarımızın azad olunmasına görə Ali Baş Komandan Prezident İlham Əliyevə və Ordumuza təşəkkür edib:

"O bildirib ki, Ali Baş Komandan Prezident İlham Əliyevin başçılığı altında 30 ilə yaxın erməni tapdağı altında olan torpaqlarımız işğaldan azad edildi. Biz səbirsizliklə gözləyirik ki, Laçına doğma yurduma qayıdaq. Rayonumuz üçün çox darıxmışam. Rayonumuzun səfalı meşə, meyvə bağları var idi. Bulaqlarımızın gözəl suyu olurdu. Laçında yeni tikdiyim evdə cəmi səkkiz il yaşamaq qismət oldu. Erməni vandalları Laçını işğal edib taladılar, yandırdılar".

Məcburi köçkünlük illərində çox çətinliklər çəkdiyini vurğulayan Ə.Nəsirov ən böyük çətinliyin yurd həsrəti, Laçından ayrı düşmək olduğunu bildirib:

"Şükürlər olsun, Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində biz yenidən doğma rayonumuza qayıdacaq və bu ata-baba yurdumuzda əbədi yaşayacağıq”.

Ailənin xanımı Nəsirova Güləbətin bildirib ki, Ali Baş Komandan Prezident İlham Əliyevin başçılığı altında ordumuz torpaqlarımız düşmən işğalından azad etdi:

"Mən buna görə ilk növbədə Ali Baş Komandan Prezident İlham Əliyevə və Ordumuza minətdaram. Laçına qayıtmağı səbirsizliklə gözləyirəm. Rayonumuz üçün çox darıxmışam. 30 ildir yurdumuza, oradakı gözəlliklərə həsrət qalmışdıq."

Ailənin övladı Nəsirov Xəyyam bildirib ki, Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olub.

"Məcburi köçkünlük illərində çox çətinliklər çəkmişik. Laçın bir an belə yadımdan çıxmayıb. Yurdumun səfalı meşələri, onun yolları, cığırları, kol-kosu üçün çox darıxmışam. Şükürlər olsun, Prezidentimizin qətiyyəti, ordumuzun gücü sayəsində biz yenidən doğma kəndimizə qayıdacaq və bu ata-baba yurdumuzda əbədi yaşayacağıq. Ermənilər torpaqlarımızı işğal edərkən də evləri yandırdılar, taladılar. İndi də köçərkən öz mənfur xislətlərindən geri qalmırlar. Evləri yandırır, talan edirlər. Lakin biz tezliklə torpağımıza qayıdacayıq və Laçında həyat yenidən canlanacaq".

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR