İnsanlara hürriyət, millətlərə istiqlal!

”Biz Ermənistanı hər zaman zəif durumda saxlamalıyıq” - Deputatdan ÖNƏMLİ AÇIQLAMALAR

362 13.06.2023 11:54 Gündəm A A

Milli Məclisin növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Cari məsələlər zamanı çıxış edən deputat Elşad Mirbəşir Ermənistanın qeyri-konstruktiv davranışlarından bəhs etdi.

“Avstriyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevitsin yanaşması sanki Ermənistanın boyuna biçilib.

O, qeyd edirdi ki, biz düşməni olduğundan da ağır vəziyyətdə salmalıyıq. Müvafiq olaraq, biz də Ermənistanı hər zaman zəif durumda saxlamalıyıq. Belə ki, Ermənistan öz davranışları ilə, mövqeləri ilə aydın nümayiş etdirir ki, Azərbaycana qarşı düşmənçilik hisslərindən əl çəkməyəcək. Bunu bir daha Ermənistanla Hindistan arasında son dövlərdə müşahidə olunan hərbi-texniki əməkdaşlıq sövdələşmələri də sübut edir.

Fransa Ermənistanı silahlandırmağa çalışır" - Elşad Mirbəşir, son xeberler

Özü hərəkət edən artilleriya qurğuları, idarə olunan raketlər, xüsusilə yüksək dağlıq ərazilərdə istifadə olunacaq hərbi texnikanın Ermənistana çatdırılması haqqında razılaşma ciddi narahatlıq doğurur”-E.Mirbəşir bildirdi. Deputat qeyd etdi ki, ilkin mərhələdə 245 milyon dollar dəyərində Ermənistanla Hindistan arasında hərbi sövdələşmə regionda kövrək sülh və təhlükəsizlik imkanlarını ciddi məhdudlaşdırır.

E.Mirbəşir bildirdi ki, digər tərəfdən Fransa da Ermənistan-Hindistan hərbi sövdələşməsində yaxından iştirak etməkdədir: “Ermənistan bir tərəfdən Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu nümayiş etdirir. Digər tərəfdən isə, qeyri-konstruktiv, revanşçı mövqeyindən geri durmur. Fransa da, hər vəchlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində iştirak etməyə çalışır. Digər tərəfdən isə, Ermənistanı Azərbaycana qarşı revanşizmə, təcavüzkarlığa həvəsləndirir. Hesab edirik Ermənistanın silahlandırılması gələcək üçün çox ciddi təhlükə yaradır. Siyasi və digər çəkindirici vasitələrlə bunun qarşısının alınması vacibdir”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR