İnsanlara hürriyət, millətlərə istiqlal!

“Biz durmayacağıq, terrorçuların yanından çıxıb-çıxmamaq sizin öz işinizdir” – Ərdoğandan ABŞ-a xəbərdarlıq

1769 01.02.2018 14:45 Son xəbər A A

“Sərhədlərimizdə terror təhdidi tamamilə ortadan qalxana qədər dayanmayacağıq. Terrorçuların olduqları yerləri boşaldıb boşaltmamaq orada olanların öz işləridir”.

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Mənbicdən çıxmayacağı haqda açıqlamasına münasibət bildirərkən deyib. Ərdoğan Türkiyənin terror təşkilatı PKK/PYD ilə bağlı qəti mövqeyinin olduğunu bildirib.

“Biz alverlə, fırıldaqla deyil, açıq şəkildə elan etdiyimiz kimi, yanlarında kim olub olmadığına baxmadan terrorçuların üzərinə getməyə davam edəcəyik. Kimsə bizdən onların bəyanlarına görə hərəkət etməyimizi gözləməsin.

Biz təkcə öz ölkəmizin və millətimizin təhlükəsizliyi, əmin-amanlığı və rifahı üçün deyil, eyni zamanda qonşularımızdan başlayaraq bütün qardaşlarımızın, bütün suçsuz insanlar üçün də bu mübarizəni edirik. Bizim heç kəsin torpağında gözümüz yoxdur. Kimsənin haqsız yerə canına qıyma kimi bir fikrimiz əsla yoxdur. Bıçaq sümüyə dayanana qədər səbr etməyimizin səbəbi 6-7 ildir bu oldu” deyə Ərdoğan qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR