İnsanlara hürriyət, millətlərə istiqlal!

Bişkekdə Qırğızıstanın yeni bayrağı qaldırılıb – şüanın biri çatışmır

1571 04.01.2024 12:12 Dünya A A

Qırğızıstanın paytaxtı Bişkekin Ala-Too meydanında ölkənin yeni baş bayrağı qaldırılıb və fəxri qarovul dəstəsi yenilənib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Sadır Japarov Qırğızıstanın yeni bayrağı haqqında qanunu imzalayıb. Dekabrın 20-də Joqorku Keneş tərəfindən qəbul edilib. Yeni bayraq barədə müzakirə və mübahisələr bir neçə aydır ki, davam edirdi.

Dövlət bayrağının yenilənməsinin təşəbbüskarları parlamentin spikeri Nurlanbek Şakiyev və deputat Ulan Primov olub. Bayraqda dalğalanan formada həkk olunan şüaların yeni dizaynında şüalar düz təsvir olunub.

Qırğızıstan prezidenti 2-ci xalq qurultayında bəyan edib ki, bayrağın dəyişdirilməsi respublika büdcəsindən xərc tələb etməyəcək.

Yerli media qeyd edir ki, yeni bayraqda 39 şüa təsvir olunub Köhnə variantda isə 40 şüa vardı və bu, 40 qədim tayfanın vahid Qırğızıstanda birləşməsini simvolizə edirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR