İnsanlara hürriyət, millətlərə istiqlal!

Birincilər polisin qonağı oldular

277 16.09.2019 15:15 Ölkə A A

Xaçmaz Rayon Polis Şöbəsində övladları birinci sinifə gedəcək polis əməkdaşlarının övladları ilə görüş keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Musavat.com-a verilən məlumata görə, görüşün əvvəlində şöbənin balaca qonaqları valideynlərinin iş otaqları ilə tanış olublar. Fidanları inzibati binanın önündə qarşılayan polis şöbəsinin rəisi, polis polkovnik leytenantı Həmid Həsənov onlara valideynlərinin apardığı şərəfli və qürurlu polis peşəsindən danışaraq, balacaları maraqlandıran sualları cavablandırıb.

Konfrans zalı, dərs otağı və xidməti otaqlarla tanış olduqdan sonra balaca fidanlarla söhbət onlar üçün hazırlanmış çay süfrəsi arxasında davam edib.

Tədbirin sonunda yeni dərs ilinin başlanması münasibəti ilə birincilərə RPŞ-nin rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub, onlara dərslərində uğurlar arzulanıb.

Birincilərlə görüş inzibati binada xatirə şəkilləri çəkdirdikdən sonra yekunlaşıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR