Oktybarın 19-dan başlayan Birinci Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı davam edir.
Musavat.com bildirir ki, festival çərçivəsində bu gün Nizami Kino Mərkəzində Rusiya animasiya filmlərinin nümayişi keçirilib. Həmçinin Gürcüstanın məşhur animasiya ustaları Arçil Kuxianidze və Peter Tomadze 12-16 yaşlı uşaqlar üçün “ustad dərsi” keçib. Daha sonra isə festivalın “Ən yaxşı qısametrajlı animasiya filmi 1” filmi təqdim edilib. Bu nominasiya üzrə filmlərlə tanışlıq isə saat 17:30-da “Yarat” Yaradıcılıq Mərkəzində Elçin Hami Axundov, Firəngiz Qurbanova, Rauf Dadaşov, Firəngiz Qulyeva və Aleksandra Şirinovanın iştirakı ilə baş tutacaq.
Sabah, festivalın son günü isə yenidən uşaqlar üçün animasiya filmlərinin nümayişi, festivalın bağlanış mərasimi keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, festivalı 19-21 oktyabr tarixlərində Bakının üç fərqli məkalarında keçirilir. Festivalın animasiya filmləri üzrə münsiflər heyyəti tanınmış kinorejissor, animasiya ustası, rəssam Elçin Hami Axundov, tanınmış animasiya rejissoru Cahangir Süleymanov (Rusiya), animasiya sahəsində peşəkar mütəxəssis Ketevan Canelidze (Gürcüstan), Beynəlxalq animasiya filmləri assosasiyasının vitse-prezidenti Məhəmməd Qazala(Misir) və kinoşünas Andrey Xovanetsdən (Slovakiya) ibarətdir.
Xalidə Gəray,
Musavat.com










