İnsanlara hürriyət, millətlərə istiqlal!

“Birdən məlum oldu ki, biz faşistik” - Almaniya Gürcüstanla münasibətlərə yenidən baxır

740 10.07.2024 14:08 Dünya A A

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib ki, Gürcüstanın ən böyük donorlarından biri olan Almaniya da Aİ-yə üzvlüyün dayandırılması fonunda Gürcüstanla münasibətləri nəzərdən keçirir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, səfir deyib: “Biz Gürcüstan qarşısında yeni öhdəliklər götürməmək qərarına gəldik... Gələcək tədbirləri nəzərdən keçiririk”.

O qeyd edib ki, baş verənlər “çox kədərlidir”, çünki iki ölkə arasında münasibətlər həmişə “dərin və geniş” olub və Almaniya ABŞ ilə birlikdə həmişə Gürcüstanın inkişafı üçün ən böyük donorlardan biri olub.

“Bir çox amillər var. O cümlədən sözdə Avropa standartlarına uyğun gəlməyən şəffaflıq qanunu. Bu qanunla siz Avropa Birliyinə daxil ola bilməzsiniz.

30 il dost idik, birdən məlum oldu ki, faşist, terrorçu olduq, ortaq belə ritorika ilə danışmaz. Əgər hökumət dostlara qarşı qəbuledilməz ritorika işlədirsə, dostluq dəyişir”, - səfir bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR