İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir zamanlar məşhur olan krossvorda indi də maraq varmı? - VİDEOSORĞU

2268 16.12.2018 15:37 Reportaj A A

Krossvord sözlərin mənasının tapılması üzrə qurulmuş oyundur.

Bu, vaxtilə orta məktəblərdə uşaqların intellektini və analiz qabiliyyətini artırmaq üçün önəmli əyləncəli, intellektual oyunlardan biri hesab edilirdi.

Krossvord nəinki gənclərin, bütün yaş qruplarının sevə-sevə məşğul olduğu əsas əyləncə peşəsinə çevrilmişdi. Hətta, ən ciddi siyasi qəzetlər belə, oxucu cəlb etmək üçün səhifələrində krossvorda xüsusi yer ayırırdı.

Bəs, indi krossvord qəzetlərinə əvvəlki kimi maraq varmı?

Musavat.com-un əməkdaşı bununla bağlı köşklərdə qəzet satışı ilə məşğul olanların fikirlərini öyrənib. Onlar krossvord qəzetlərinin satışının əvvəlki illərə nisbətən kəskin azaldığını bildirdilər.

Ekspertlər, nəinki krossvordun, ümumiyyətlə qəzetlərin satışının azalmasının səbəbi kimi, texnologiyanın inkişafını göstərirlər. Hətta krossvordların artıq qəzetlərdən deyil, smart telefonlar üzərindən də asanlıqla əldə olunduğunu qeyd etdilər.

Krossvordla bağlı şəhər sakinlərinin də fikirlərini öyrəndik. Bununla bağlı videosorğumuzu sizə təqdim edirik...

Elçin Əkbərov, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR