Aparıcı Aytən Səfərova məktəblərdəki sıxlıqdan gileylənib.
Musavat.com xəbər verir ki, övladı Raulu birinci sinfə yola salan aparıcı məktəbə gələn valideynləri tənqid edib.
"Təsəvvür edin, valideynlər şikayət edir. Bir uşağı qapıdan 8 nəfər yola salır. Heç bir müəllim qınanılası deyil. Sonra deyirlər, izdihamda dayanıb gözləyirik. Bir uşağı bütün nəsil yola salmağa gəlib",- deyə Səfərova bildirib.
Könül
Musavat.com






