İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir sutkada 14 milyard itirib, digər gün 25 milyard dollar qazanan milyarder- İlginc fakt

1855 10.03.2021 19:36 Maraqlı A A

 

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask bir sutkada sərvətinə 2 milyard dollar pul qatıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Bloomberg Billionaires Indexin (BBI) məlumatında deyilir.

BBİ-ın informasiyasına əsasən, hazırda İlon Maskın varidatı 174 milyard dollar civarında ölçülür. Bununla bərabər o, 180 milyardlıq sərvətə sahib “Amazon”un qurucusu Ceff Bezosdan geri qalır. Son sutkalarda Ceff Bezos 5,95 milyard dollar pul qazanıb.

“Forbes Real-Time” saytının məlumatına görə, İlon Maskın gəlirinin bu cür artması “Tesla” elektrik avtomobillərinin satışının artması ilə bağlıdır. Belə ki, dünən “Tesla”nın səhmləri 19,64 faiz artaraq 673 dollar təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR