İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir qrup mədəniyyət və incəsənət xadiminə dövlət mükafatları təqdim edilib - FOTO

1707 17.03.2022 20:00 Mədəniyyət A A

Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə dövlət təltiflərinə layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun mükafatlandırma mərasimi baş tutub.

Musavat.com APA-a istinadən xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimovla yanaşı, nazirliyin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov dövlət tərəfindən mədəniyyət və ictimaiyyət xadimlərinə həmişə böyük diqqət və qayğının olduğunu vurğulayıb: "Bizim üçün şərəfdir ki, dövlət rəhbərliyinin təltiflərini sizə təqdim edirik. Bütün bunlar tarixi anlardır. Bu gün Azərbaycan yalnız öz torpaqlarının bütövlüyünü deyil, eyni zamanda, mədəniyyətinin, incəsənətinin bütövlüyünü yaşayır".

Nazir həmçinin Qarabağdakı yenidənqurma işlərindən də bəhs edib: "Sevinir və fəxr edirik ki, bu günləri yaşayırıq. Biz Qarabağa təkcə infrastrukturun bərpası ilə deyil, həm də mədəniyyətimizin dirçəldilməsi ilə qayıdırıq. Azad olunan ərazilərdə Şuşada bir çox tədbirlər keçiririk. Bununla da, dünyaya göstəririk ki, Azərbaycan o torpaqlara mədəniyyət, incəsənətlə qayıdır".

Sonra təltifçilərə orden və medallar təqdim edilib.

Bir qrup mədəniyyət və incəsənət xadiminə dövlət mükafatları təqdim edilib - FOTO

Bir qrup mədəniyyət və incəsənət xadiminə dövlət mükafatları təqdim edilib - FOTO

Bir qrup mədəniyyət və incəsənət xadiminə dövlət mükafatları təqdim edilib - FOTO

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR