İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir nəfərin öldüyü, 5 nəfərin yaralandığı silahlı basqının videosu yayımlandı - VİDEO

4588 17.01.2015 22:39 Kriminal A A
Musavat.com xəbər verir ki, hadisə Türkiyədə baş verib.

Belə ki, iki kişi və bir qadın Bağcılarda yerləşən kafeyə gəliblər. Qadın bayırda gözləyib. İki naməlum şəxs isə, kafeyə daxil olaraq, sağa-sola atəş açıblar. Bu zaman kafe işçiləri ilə birgə 6 nəfər yaralanıb. 

Yaralılar təcili olaraq xəstəxanaya aparılıb. Amma yaralılardan biri, iki uşaq atası olan Nihat Gülgən xəstəxanaya çatmadan dünyasını dəyişib. 

Hadisədən bir neçə gün sonra axtarışda olan 3 nəfərdən ikisi saxlanılıb. Digər şəxs isə hələ də axtarışdadır. 

Baş vermiş hadisəni kafenin təhlükəsizlik kameraları qeydə alıb. Həmin videogörüntüləri sizlərə təqdim edirik.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR