İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir neçə rayonda leysan yağıb -FAKTİKİ HAVA

794 15.07.2020 17:28 Son xəbər A A

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Musavat.com-a bildirilib ki, iyulun 15-i saat 17:00-a olan məlumatına əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR