İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram” – Cem Yılmaz

1488 16.11.2019 17:37 Şou-biznes A A

Türkiyənin məşhur aktyoru Cem Yılmaz Bakıdadır.

Musavat.com xəbər verir ki, tanınmış komediya ustası media nümayəndələri ilə görüşüb.

"Azərbaycanlılar sənət sevərdir. Azərbaycan musiqisini izləyirəm. Sizin mədəniyyətinizi öyrənməyə 2 gün çatmaz. Əgər bacarıqlı olsam, şou gözəl keçsə, dostlarımı da Bakıya gətirəcəm”.

O Bakını gəzə bilmədiyini deyib: “Bakını az gəzdim, sabah vaxtım var, yaxşı gəzə bilərəm. Bakı gözəl yerdir, gərək vaxt ayırıb, gəzəsən. İki gün sonra geri qayıdacam, amma fikrim burda  qalacaq. Buradan tar alacam. Sənətlə iç-içə cəmiyyətsiniz. Hər kəs musiqi alətində ifa edə bilir. Bu gözəl haldır".

Yılmaz daha sonra "Tarkanla təbii bir bağımız var. Bilet qiymətləri açıqlananda, ilk ağıla Tarkan gəldi. Sənət adamlarının işi çətindir. Ona görə də sənət dostlarımdan nələrsə danışacam gecədə" sözlərini əlavə edib. 

Cem Azərbaycan sənətçilərindən tanıdıqlarının adını açıqlayıb: "Əvvəl narahat oldum ki, mənim zarafatlarımı anlamayacaqlar. Amma sonra düşündüm ki, İstanbulda belə məni anlamayanlar var. Dil problemi yaşamayacağımı düşünürəm. Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram. Aygün Kazımovanı, İradə İbrahimovanı, Raufu tanıyıram. Aktyorları isə tanımıram". 

Qeyd edək ki, Cem Yılmaz bu gün və sabah Heydər Əliyev Mərkəzində stand-up şou göstərəcək.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR