İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bir gecədə Rusiyanın 20 anbarını məhv etdik" - Oleksey Arestoviçdən ŞOK AÇIQLAMA

1171 09.07.2022 11:54 Dünya A A

“Ötən gecə Rusiyanın arxa cəbhədə 20-dək silah-sursat anbarını məhv etmişik”.

Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Oleksey Arestoviç ABŞ-ın HIMARS reaktiv yaylım atəşi sisteminin üstünlüyündən danışarkən vurğulayıb.

Onun sözlərinə görə, Rusiya hərbçilərinin irəliləməsinin qarşısını almaq üçün onların arxa cəbhəsində anbarlarının məhv edilməsi çox vacibdir:

“70 km-lik məsafəyədək dəqiq zərbə nəticəsində rəqib yeni anbarları cəbhə xəttindən uzaqlaşdıracaq. Bu, öz növbəsində logistikanın çətinləşməsi, sursatın çatdırılması sürətinin və miqdarının azalması deməkdir”.

O qeyd edib ki, ABŞ Ukraynaya verdiyi HIMARS rəqibin 300 km-lik məsafədəki hədəfini də məhv edə bilir.

Xatırladaq ki, ABŞ Ukraynaya 4 HIMARS reaktiv yaylım atəşi sistemi verib və 400 milyon dollar əlavə hərbi yardım ayırıb.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR