İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir başqa 27 sentyabr

3924 27.09.2023 12:34 Yazarlar A A

Qarabağdakı düşmən əlindəki son qalalarımız yenə şəhid qanları ilə azadlığına qovuşur

2023-cü ildə bir başqa 27 sentyabr havası yaşayırıq. Daha bir şərəfli və tarixi günlər... Qarabağdakı düşmən əlindəki son qalalarımız yenə şəhid qanları ilə azadlığına qovuşur. Ağırdır... Əlbəttə, itkilərimizə yanacağıq, qovrulacağıq, amma heyfislənməyəcəyik! Yaşadığımız 30 illik işğalın mənəvi ağırlığı bundan 30 dəfə ağır idi bu xalq üçün. Şəhidlərimiz bu ağırlığı öz çiyinlərinə götürdülər ki, biz, bizdən sonrakı nəsillər alnıaçıq yaşasınlar bu torpaqlarda. Onlar Birinci Qarabağ müharibəsində şəhid olan atalarının, əmilərinin, qardaşlarının, dayılarının, qohumlarının, ancaq adını eşitdiyi qəhrəmanların qanlarının batmasına imkan vermədilər! Şuşanın işğaldan qurtulan gün Yuxarı Gövhər Ağa məscidində verilən azanla bu qələbəni onlara duyurdular, onların ruhunu şad etdilər. Mən elə mənalı azan səsi heç eşitmədim...

2020-ci ilin 27 sentyabrında başlayan müharibənin üç simvola çevrilən qəhrəmanı var. Birincisi, əlbəttə ki, qəhrəman qardaşlarımız-şəhidlərimiz və qazilərimizdir. İkinci qəhrəman o oğulları böyüdən analardır, atalardır! Qapılarına hətta yeganə oğlunun tabutu gələndə bayrağı qucaqlayan, “Vətən sağ olsun” deyib qamətin dik tutan atalar, “dayanmaq yoxdur, ancaq irəli...” deyən analardır qəhrəmanlar... Üçüncü qəhrəman bu prosesi bu gün də mükəmməl zəka və bacarıqlı aparan Prezident İlham Əliyevdir. Ehtiyac duyularsa, bu günlərdə də yenə hərbi formasına geyinəcək Ali Baş Komandan...Heç bir mübağiləsiz Azərbaycan tarixini yenidən yazan şəxsiyyətdir İlham Əliyev... 

422686479_0_0_1960_1103_2072x0_60_0_0_f3f2d3a4dd85775a783b31e737a0c957_w900_h600.jpg (27 KB)

27 sentyabrda başlayan hərbi əməliyyatların hələ 44 günlük müharibəyə doğru getdiyini bilmirdik, “yenə ordumuzu məlum paytaxtalardan 2016-nın apreldəki kimi dayandıracaqlar, durdulacaqlar...” düşüncəsi də var. Amma həmin gün bütün əlamətləri ilə fərqli idi- fövqəlhadisələrin başlanğıcına işarə idi... 

maxresdefault.jpg (121 KB)

Dərhal içimizdə bir işıq yarandı-zatən o heç vaxt sönməməmişdi, yoxsa bu illəri yaşaya, duruş gətirə bilməzdik. İşıq getdikcə daha güclənməyə, içimizdəki illərin buzunu əritməyə başlatdı. Millət olaraq oyanmağa başladıq, kəndlərimiz, qəsəbələrimiz azadlığa qovuşduqca, biz də özümüzə qayıtdıq. Özümüzü bir daha tanıdıq. Atəşkəs sazişi kölgəsi altında illərdir özünü sübut etmək üçün fürsət gözləyən qəhrəman igidlərin obrazları da üzə çıxdıqca, heyrətləndik də! “Bu, bizik” dedik! 

O sentyabr-oktyabr-noyabr günlərində dünyanın gözü bizdə idi. Torpaqların işğaldan azad edilməsi elə bir dövrə təsadüf edirdi ki, bəzi ölkələrdə pandemiya səbəbindən insanlar evlərindən bayıra çıxa bilmirdilər. Azərbaycan isə dağ-dərələrdə müharibə aparırdı! Koronavirusdan da təhlükəli bir bəla, xəstəliklə həm də-erməni bəlası, erməni faşizmi ilə.

Qələbəmizi istəyənlər barmaq hesabı idi, Müqəddəs işimizə-torpaqlarımızı işğaldan azad etməyimizə qarşı olanlar vardı, aşkarda da, gizlində də. Ermənistan ordusunu çöküşünü görürdülər, bu məğlubiyyət prosesini durdurmaq üçün çalışırdılar. Bütün dünya mediasını səfərbər etmişdilər, başımıza yağan, cocuqlarımızı öldürən raketləri görməzdən gəlirdilər, erməninin bir itiyi üçün isə qara bağlayırdılar, hay-küy salırdılar. Alınmadı. Bacarmadılar. Durdura bilmədilər! 

b3c1c81d-c6c2-4167-94d0-f89e7ae12023.jpg (329 KB)

Ermənistan 30 ilə yaxın davam edən işğala görə haqq etdiyi cəzanı aldı! Azərbaycan bu müharibədə təkcə torpaqlarını, şərəf şəhərimiz Şuşan erməni caynağından qurtarmadı, yüz illik erməni xəyalların ayağının altında bir əski parçası kimi silib kənara atdı, erməni mifini dağıtdı, erməni lobbisinin belini qırdı. Bizim 30 ilimizi yedilər, əvəzində isə 100 illik tarixi zərbə aldılar.

Amma müharibədən keçən üç ildə də yenə dinc durmadılar. Baxın, bir ordunun silah-sursatı çıxıb 1 həftədə Qarabağdakı düşmənlərdən. Niyə saxlamışdılar, niyə yığmışdılar bu qədər silahı? Fürsət yarandıqca qanımızı tökmək üçün.

27 sentyabrda başlayan işimiz 2023-cü ilnin 19 sentyabrda antiteror tədbirləri ilə davam etdi. Erməni faşimzminin tabutuna son mismarlar vuruldu! 23 saata təslim oldular. 

4b4b5b042ae2470317c977d196b0e81e.jpg (73 KB)

2021-ci ilin noyabrından sonra erməni dövləti və Qarabağdakı xunta rejimi məğlubiyyəti tam qəbul etsəydi, bu əməliyyatlara ehtiyac olmayacaqdı. Dəfələrlə yazmışam, dövlət üçün bir əsgərin dəyəri 100 düşmən leşindən irəlidir. Dövlət sonunadək çalışdı ki, nə bu antiterror tədbirləri olsun, nə itkilər. Olmadı, düşmən yenə dincliklə 3 il əvvəl üzərinə götürdüyü öhdəliyə əməl etmədi. Biz bu antiterror tədbirlərinə məcbur qaldıq. Çünki bu silahlı ordu Qarabağın meşələrində, dağlarında qaldıqca hər bir əsgərimiz, polisimiz, hətta mülki şəxslərin həyatına təhlükə qalacaqdı, son mina terroru da göstərdi ki, silahlı düşmən başına od ələnməsə, təslim olmayacaqdı.

İndi Qarabağdan gedən karvan bizim karvanımız deyil. Onlardır. Biz qayıdırıq, onlar gedirlər. Cəhənnəmə qədər yolları var...

Biz son üç ildəki qələbələrimizin hər dəqiqəsinə görə şəhidlərimizə borcluyuq! Onların borcu ödənməz. Şəhidlər bizim bayrağımızdır, gerbimizdir, himnimizdir!

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR