İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəqədidə ev, Suraxanıda mağaza yanıb - xəsarət alan yoxdur

565 27.05.2018 11:01 Hadisə A A

Bakı şəhərində yanğın hadisələri qeydə alınıb.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 20 m² sahədə ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Bakının Suraxanı rayonunda ümumi sahəsi 11 m² olan mağazanın giriş qapısı qismən yanıb.

Yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR