Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycan səfərində bir sıra rəsmi şəxslər, qardaş ölkənin tanınmış simaları müşayiət edir.
Nümayəndə heyətinin tərkibində sabiq baş nazir Binəli Yıldırım da heyət üzvləri ilə bərabər Şuşada olub və çox gözəl təəssüratlarla dönüb.
B.Yıldırım “Yeni Müsavat”a açıqlamasında Qarabağ zəfərinə görə böyük məmunluğunu dilə gətirib, təbriklərini söylədi. Şuşa ilə bağlı təəssüratlarını bölüşən B.Yıldırım qeyd etdi ki, azad olunandan sonra Şuşanı, digər torpaqları görmək böyük bir bəxtiyarlıqdır:
“Rəbbim birliyimizi daimi eləsin! “Bir millət, iki dövlət” olaraq bizim birliyimiz əbədi olsun”,-deyə B. Yıldırım bildirdi.
E.Paşasoy,
Musaavt.com






