“BMT Təhlükəsizlik Şurası dəyişilməlidir”. Musavat.com bildirir ki, bu sözləri Türkiyənin keçmiş baş naziri Binali Yıldırım VIII Qlobal Bakı Forumunda bildirib. O, qeyd edib ki, artıq BMT dünyada olan münaqişlərin həllini tapa bilmir:
“Bu gün BMT-nin çıxarıldığı qətnamələr də icra edilmir. Bu, BMT-yə olan inamı, etimadı azaldır. Əgər çıxarılan qətnamələr icra olunmursa artıq onun əhəmiyyəti olmur.
Bu günki dünya II dünya müharibəsindən sonrakı dünyaya bənzəmir, uyğun gəlmir. Biz artıq yeni oyunçuların meydana çıxmasını dərk edirik. Dünyada güclərin təması ilə ədalətli dünyanı, sülhü nizamını formalaşdırmaq olar".
Xalidə Gəray
Foto Elçin Əkbərovundur
Musavat.com






