İnsanlara hürriyət, millətlərə istiqlal!

Binəli Yıldırım: Avropa Parlamentinin qərarının bizim üçün heç bir anlamı yoxdur

1196 24.11.2016 20:10 Dünya A A
Avropa Parlamentinin (AP) verdiyi qərarın bizim üçün heç bir anlamı yoxdur.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş nazir Binəli Yıldırım AP-nin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən belə deyib.

B.Yıldırım bildirib ki, Aİ ilə Türkiyənin münasibətləri onsuz da normal deyildi: "Aİ bunu aydınlaşdırmalıdır ki, Avropa gələcəyə Türkiyə ilə bərabər gedir, yoxsa Türkiyəsiz. Bizə demokratiya dərsi vermək istəyənlərin gerçək üzünü bütün dünya ibrətlə izləyir".

Qeyd edək ki, AP-nin Türkiyə ilə Aİ arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarına 37 parlamentari əleyhinə, 479-su lehinə səs verib. 107 parlamentari isə bitərəf qalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR