İnsanlara hürriyət, millətlərə istiqlal!

Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO

1790 18.05.2024 20:48 Sosial A A

Binə qəsəbəsinin Gürcüstan məhəlləsində sakinlər özlərini çətin vəziyyətə salıblar.

Belə ki, yolların çala-çuxurundan can qurtarmaq istəyən sakinlər yola gil töküblər. İndi isə dua edirlər ki, göydən yerə bir damcı yağış düşməsin. Əks halda qəsəbə sakinləri palçığa batırlar.

"Pul yığıb yolu düzəltmişik ki, uşaqlarımız məktəbə rahat getsinlər. İndi isə yağış yağanda yolla hərəkət etmək mümkün deyil", - deyə sakin söyləyib.

Problemdən Xəzər Rayon İcra Hakimiyyətində də xəbərdardırlar. Küçələrin asfaltlanması məsələsi ilə bağlı qurumdan bildirilib ki, proses mərhələli şəkildə həyata keçirilir. Bu küçəyə asfaltın nə vaxt çəkiləcəyinə gəldikdə isə o, hələ qeyri-müəyyəndir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR