““BİNƏ” OLAYI HAKİMİYYƏTƏ CİDDİ PROBLEM YARADACAQ”
Hadisə yerində olan jurnalistlərin bildirdiyinə görə, polis rəsmiləri və eləcə də ticarət mərkəzi rəhbərliyi şikayətçilərin tələblərini dinləməyib, yalnız dağılmağı tələb ediblər. Eləcə də hadisə yerinə 4 əli avtomatlı mühafizəçinin müşayiəti ilə gələn mərkəzin rəhbəri Kəbirə Məmmədova satıcıları hədələyib. Bundan sonra isə polis dağılmaq istəməyən ticarətçilərə qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməklə dağıdıb. İlkin məlumata görə, 100-ə yaxın insan saxlanılıb. Saxlanılanları Qaradağ Rayon Polis İdarəsinə aparıblar.
Az sonra məlum olub ki, aksiyada saxlananlara qarşı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Hadisə baş verən gün polis idarəsinə gedən vəkil Cavad Cavadov qəzetimizə açıqlamasında saxlanılanların bir qrupuna qarşı cinayət işinin başlandığını bildirdi. Qeyd edək ki, aksiya zamanı polisin növbəti dəfə qeyri-adekvat güc istifadə etməsi müşahidə olundu. Polis aksiyaçıları gözyaşardıcı qaz və rezin güllələrə dağıtmaqla yanaşı, saxlanılanları döyərək işgəncə verib.
C.Cavadov deyir ki, hadisədən dərhal sonra bir neçə vəkil və ictimai fəal Qaradağ polisinə gedib: “Hadisədən xəbər tutduqdan sonra təqribən saat 16 radələrində vəkil Xalid Bağırovla Qaradağ polisinə getdik. Az sonra fəallar və vəkil Fariz Namazov da gəldi. Biz ora gedəndə 20 nəfər gətirilmişdi, ancaq polis saxlanılanları idarəyə gətirməkdə davam edirdi. 100 nəfərə yaxın adamın saxlandığını gördük. Onların bir hissəsinə hüquqi yardım göstərmək istəsək də, idarənin qarşısına yığılan yaxınları fəallıq göstərmirdilər. Ona görə biz yardım edə bilmədik. Bir çoxlarının qohumlarına deyilmişdi ki, guya buraxacaqlar, buna görə də onlar gözləməyə meylli idilər”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Binə Ticarət Mərkəzində qanunsuzluqlarla bağlı daha əvvəl də şikayətlərin olduğunu deyir. Onun sözlərində görə, bazarda çalışan insanlar ordakı özbaşnalıqlardan şikayətçi olublar, eyni zamanda hüquq müdafiəçiləri bazarda olublar: “Bu məsələ ilə bağlı ciddi ölçü götürülməlidir. O bazarda minlərlə insan çalışır, ailəsini dolandırır. Mən daha əvvəl də o bazarda oldum, bir dəfə tüstü ilə insanları zəhərləmişdilər. Bu işlərə bir son qoyulmalıdır”.
Hüquq müdafiəçisi deyir ki, polisin etiraz edən satıcılara qarşı güc tətbiq etməsi, onlara qarşı rezin güllələr və qazdan istifadə etməsini AŞ PA-da qaldıracaqlar. Eyni zamanda N.Cəfəroğlu kiçik sahibkarlara etiraza vadar edən bazar rəhbərliyi cəzalandırılmalıdır: “Ən birinci Kəbirəyə (Kəbirə Məmmədova nəzərdə tutulur - K.) cinayət işi açılmalıdır. Görünür, Kəbirə kiminsə marağındadır ki, ona görə bu qədər qüvvə çıxarırlar. İnsanları əzirlər. Kəbirə kimilər Azərbaycanı biabır edir. Cinayət işi ilk növbədə ona açılmalıdır. Kimin əlinin altındadır, kimə qulluq edir, bilmirəm, amma onu bilirəm ki, hökumət onu cəzalandırmalı, həbs etməlidir. Neçə ildir ki, belə oyunlardan çıxırlar. Həbs olunanların hüquqlarını müdafiə edəcəyik. Bu gün (dünən-red.) AŞ PA-a gedəcəyik. Bu hadisə - etirazçılara qarşı rezin güllələrdən istifadə olunması Azərbaycan hakimiyyəti üçün ciddi problem yaradacaq. Bu günə qədər belə hadisə olmamışdı. Yəni Kəbirənin gücü o qədərdir ki, ona görə bu qədər insan həbs olunsun, cəzalansın? Bunlar kiməsə pul verməklə bu məsələnin üstündən keçə bilməzlər. Bu məsələni AŞ PA-da qaldıracağıq, bu aksiyanın dağıdılmasına göstəriş verənlər cavab verməlidilər”.