İnsanlara hürriyət, millətlərə istiqlal!

“Binamızı bazar elədilər”- sakinlərdən “Təzə bazar”ın rəhbərliyinə qarşı etiraz-FOTOLAR

2396 17.03.2021 13:05 Reportaj A A

Artıq 3 aydır ki, əvəllər Bakının Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “Təzə bazar”ın bir qismi Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçəsi arasında yerləşən “AFcom Plaza” yaşayış kompleksinin aşağı hissəsinə köçürülüb. Bazar bura köçürüləndən binanın sakinlərinin narazılıqları səngimək bilmir.

Musavat.com
-a müraciət edən “AFcom Plaza” yaşayış kompleksinin sakinləri bildirirlər ki, yaşadıqları binanın altına bazar köçürülməsi onları narahat edir. Günay adlı sakinin dediyinə görə, 3 aydan çoxdur ki, binanı bürüyən qoxu, səs-küy onları təngə gətirib:

“Hansısa yaşayış binasının altına bazar köçürülməsi doğru deyil. Bu cür qərar veriləndə gərək sakinlərin də rəyi nəzərə alınardı. “AFcom Plaza” yaşayış kompleksi Bakıda tanınan, çox təmiz, səliqəli binalardan biri idi. İndi təsəvvür edin ki, bina bazara çevrilib.

Burada təkcə antisanitariya deyil, həm də təhlükəli vəziyyət də yaranır. İnsanlar binanın naqilləri altında alver edirlər. Hər an qorxuruq ki, həmin naqillərin birində nəsə nasazlıq baş olsun, yanğın baş versin. Bununla bağlı sakinlər olaraq bir neçə aidiyyəti qurumlara müraciət etmişik, lakin şikayətimizə baxan olmayıb”.

Digər şikayətçi isə bildirib ki, bazara görə binanın qarşısına toplaşan maşınların əlindən tərpənmək mümkün deyil.

Məsələ ilə bağlı Musavat.com-un əməkdaşı “AFcom Plaza” yaşayış kompleksinin rəhbərliyinin mövqeyini öyrənməyə çalışsa da, telefon zəngləri cavabsız qalıb.

Xatırladaq ki, “Təzə bazar” köhnəldiyi üçün, eyni zamanda texniki və mənəvi baxımdan təhlükə yaratdığına görə ötən il sökülərək, 3 istiqamətə köçürülmüşdü. Belə ki, bazarda ticarətlə məşğul olanların bir hissəsi keçmiş “Qarabağ” mehmanxanasının yerində tikilmiş “Eurohome”a, “Təzə bazar”la üzbəüz “AF Center” və “AFcom Plaza” yaşayış kompleksinin aşağı hissəsinə köçürülüb. Son köçürülmə ötən il dekarın 1-də həyata keçirilib.

Məlumata görə, sökülən “Təzə bazar"ın yerində yenidən "Təzə bazar" brendi adı altında yeni bazar tikiləcək. Tikiləcək yeni bazar 2022-ci ildə təhvil veriləcək.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR