İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləsuvardakı partlayışdan sonra iki nəfər dağıntılar altından çıxarılıb - ANBAAN VİDEO

625 24.04.2023 20:52 Son xəbər A A

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Nazirlikdən Musavat.com-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR