İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləsuvarda piyadanı vuraraq öldürən və qaçan sürücü tutulub

256 04.10.2021 13:30 Son xəbər A A

Biləsuvarda piyadanı vuraraq hadisə yerindən yayınan sürücü saxlanılıb

Bu barədə "Musavat.com-a DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 1-də axşam saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunda müəyyən edilməmiş atomobillə Biləsuvar şəhər sakini Alim Hüseynov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən dünyasını dəyişib. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmış “Mercedes” markalı mikroavtobusun sürücüsü, Biləsuvar şəhər sakini Samir Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR