İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləsuvarda avtomobildə heroin və psixotrop maddə aşkarlanıb

352 06.08.2020 13:20 Kriminal A A

Biləsuvarda avtomobildə heroin və psixotrop maddə aşkarlanıb.

Bu barədə Musavat.com-un cənub bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib. Xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cahid Abdullayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən yarım kiloqramdan artıq heroin və 7 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR