İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləsuvar gömrüyündə nəzarət gücləndirilir - Yeni sistemlə avtomobillər daha dəqiq yoxlanılacaq

574 22.10.2018 21:38 Ölkə A A

Biləsuvar sərhəd-keçid gömrük məntəqəsində X-ray sistemini quraşdırmaqla qaçaqmalçılıq hallarının qarşısı alınacaq.

Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin iqtisadi və maliyyə məsələləri üzrə idarəsinin baş direktoru Haşim Müzəffəri deyib.

H.Müzəffərinin sözlərinə görə, hazırda bu sistem Biləsuvar gömrüyündə quraşdırılmaqdadır və onun istifadəyə verilməsi ilə minik və yük maşınları daha dəqiq yoxlanılacaq.

Son vaxtlar İran valyutasının kəskin ucuzlaşması nəticəsində ölkədən benzin və məişət əşyalarının qaçaqmalçılığının artdığı bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR