İnsanlara hürriyət, millətlərə istiqlal!

Biləcəridəki dəhşətli qətllə bağlı araşdırma bitdi - Qohumunu öldürüb quyuya atana 17 il cəza verildi

754 26.07.2021 21:11 Kriminal A A

Qohumunu öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Onunla birlikdə daha bir nəfər həbs edilib.

Musavat.com xəbər verir ki, qətl törətməkdə ittiham edilən Səbuhi Ələkbərov və Rəşad Fətullayev barəsində cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Biləcəri qəsəbə sakini Çiçək Əsgərova polisə müraciət edərək həyat yoldaşı Elvin Həbibzadənin özünə məxsus “BMW” markalı avtomobillə evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib.

Araşdırmalar zamanı E.Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tapılıb və nəqliyyat vasitəsinə baxış keçirilərkən salonda qan izləri aşkar edilib.

10 gün sonra isə Elvin Həbibzadənin üzərində zorakılıq əlamətləri olan meyit Türkan qəsəbəsindəki evlərdən birinin su quyusundan tapılıb.

Müəyyən edilib ki, Səbuhi Ələkbərov yaxın qohumu Rəşad Fətullayevlə qabaqcadan cinayət əlaqəsinə girərək ailə-məişət zəminində yaranmış mübahisəni həll etmək məqsədilə Elvin Həbibzadənin idarə etdiyi “BMW” markalı avtomaşınla oktyabrın 15-də axşam görüş bəhanəsi ilə Qaradağ rayonunun Sahil qəsəbəsinə gəliblər. Avtomaşında tərəflər arasında kəskin mübahisə yaranıb, E.Həbibzadə S. Ələkbərovun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək avtomaşındakı bıçaqla onun sol əlinə xəsarət yetirib. Bu zaman S.Ələkbərov müqavimət göstərən sürücünün qollarını tutub və R.Fətullayev qayçı ilə arxadan boyun nahiyəsinə zərbə endirərək E.Həbibzadəni qətlə yetirib. Daha sonra hər iki şəxs izi itirmək məqsədilə meyiti həmin avtomobillə Xəzər rayonuna gətirərək burada S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar. Bundan sonra S.Ələkbərov mərhumun ailə üzvləri ilə birlikdə onu axtarmağa başlayıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Səbuhi Ələkbərov Elvin Həbibzadəni namus məsələsinə görə qətlə yetirdiklərini söyləsə də, mərhumun yaxınları bu versiyaya inanmırlar. Deyirlər ki, cinayət tamah məqsədi ilə törədilib. Qətldən sonra baş verənlər - mərhumun maşınının sökülüb satılması planı, cibindən pullarının götürülməsini də bunun əksini sübut edir.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR