İnsanlara hürriyət, millətlərə istiqlal!

Bıçaqlı şəxs yoldan keçənlərə hücum etdi - 10 yaralı (Yenilənib)

941 29.11.2016 01:06 Dünya A A
ABŞ-ın Ohayo Universitetinin ərazisində bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.
 
Şəxsiyyəti müəyyənləşdirilməmiş kişi əvvəl avtomobillə insanlara hücum edib, sonra bıçaqla yoldan keçənləri təqib etməyə başlayıb. Cinayətkar polis tərəfindən güllələnib. Polis insidentin terror aktı olduğunu istisna etmir.

***

ABŞ polisi Kolambus şəhərində, Ohayo ştatının universitetinin ərazisində öldürülən şəxsin kimliyini müəyyənləşdirib.
 
APA-nın “AP”  agentliyin istinadən verdiyi xəbərə görə, bu, ABŞ-da leqal yaşayan 18 yaşlı Somali əsilli Əbdul Razak Əli Artandır.
 
Hazırda polis hücumun terror aktı olması ehtimalını araşdırır. İstintaqın aparılmasına Federal Təhqiqat  Bürosu və digər hüquq-mühafizə orqanlarının əməkdaşları qoşulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR