İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bibliya xalqı” və... Qarabağ həsrətli Həsrətyan

1475 03.03.2021 16:09 Yazarlar A A


Az qala, bütün bəşəriyyəti özünə borclu sayan ermənilərin “maniya veliçiya” (“böyüklük”) xəstəliyi sağalmaq bilmir. Son müharibədəki kapitulyasiyadan sonra bu mərəz sönmək əvəzinə, deyəsən bir az da şiddətlənib.

Məsələn, Senor Həsrətyan ad-soyadlı erməni, lap dəqiqi, özünü uydurma “artsax ordusu”nun keçmiş “mətbuat katibi” adlandıran zat mənsub olduğu millətin “qədimlik” mifinə yeni bir çalar qatıb. Erməniləri “Bibliya xalqı” adlandırıb. Özlərindən başqa heç kimi bəyənməyən ermənilər guya İsa peyğəmbər dövründə ali toplum və humanist dəyərlər daşıyıcısı imişlər. Təbii ki, ağ yalandır. Ən əvvəl də o səbəbə ki, ilahiyyatçılara görə, “Bibliya xalqı” kimi yəhudilər tanınır, ermənilər yox.

Haşiyə çıxaraq bunu da qeyd edək ki, əslən Qarabağdan olan və vaxtaşırı Azərbaycana qarşı revanşist statuslar paylaşan Həsrətyan hazırda İrəvanda sülənir. Çünki geri qayıdacağı təqdirdə onun çapında cinayətkarları nələrin gözlədiyini bilir. Odur ki, nisbətən təhlükəsiz yerdə oturub “artsax”ın həsrətini çəkir, çərənləyir, arada hətta “dindarlığa” baş vurur.

Az öncə onun başdan xarab digər bir soydaşı İsa Məsihi erməni çıxarmamışdımı? Hətta iddia eləmişdi ki, xristian peyğəmbərinin gəncliyi Qarabağ dağlarında keçib. Yad torpaqları özününküləşdirmək üçün hansı uydurmalara getmir bu mənfur məxluqat!..

İndi bilmirsən belə başdan xəstələrin halına güləsən, yoxsa acıyasan. Axı hamı bilir ki, ermənilərdə qədimlik adına nəsə varsa, o da məhz onların ta qədimdən nankorluğu, yaxşılığa həmişə pisliklə cavab verməsi, saxtakarlığıdır. Satqınlıq, oğru həyat tərzini tərcih eləmək də öz yerində. Özü də söhbət yalnız yad torpaqlara əl qoymaqdan, maddiyyət oğurluğundan getmir. Həm də mənəvi dəyərlərdən – başqa millətlərin musiqi və sənət əsərlərini (çalğı alətləri, xalçalar, dini abidələr və s.) özününküləşdirməkdən, kulinariya oğurluğundan gedir.

Yeri gəlmişkən, Həsrətyana sual vermək pis olmaz: əgər belə qədim, ulu millətsinizsə, nədən özün də daxil, soyadlarınızın yarısı türk kökənlidir? Amma sualdan vaz keçməli olursan. Ona görə ki, hansı sırtıq qəbilənin nümayəndəsi ilə üz-üzə olduğunun fərqinə varmaq zorundasan. Bunları oğurluq üstündə isti-isti tutanda nəsə isbatlamaq müşkül məsələdir, o ki, ola soyadlarının türk mənşəli olmasını sübut eləmək. Yüz dənə “qədim” erməni mənbəyi tapıb “təkzib” qoyacaqlar qabağına və səni peşman edəcək, suçlu-borclu çıxaracaqlar.

Yada salın, dolmanın erməni yeməyi olması haqda hansı cəfəngiyatları uydurmurlar. Halbuki ad sadəcə, ”doldurmaq” felindən yaranıb. Heç “artsax” sözü də ermənilərin deyil. Tər-təmiz türk mənşəlidir: “ər” – “kişi”, “saq” qədim türk tayfasının adıdır. Orta məktəb üçün tarix dərslikimizdə bu barədə aydın yazılıb.
Yaxud Qarabağdakı alban kilsələrinə, hətta pravoslav rus kilsəsinə burdan-bura misilsiz həyasızlıq və saxtakarlıqla yeni dizayn verib erməniləşdirməyiblərmi? Son olaraq işğal altındakı ərazilərimizdə (Kəlbəcərdə) bu yaramazlığa əl atıblar, alban xaçlarını erməni xaçları ilə əvəzləyiblər. İndi də bütün dünyaya imansızcasına car çəkirlər ki, Azərbaycan ərazisində “qədim erməni irsi, erməni abidələri” təhlükədədir, kömək edin! Qonşu xalqın halalca ərazisinə “xaçkar” basdırıb bir müddət sonra çıxararaq, “bura bizim qədin torpağımızdır” deyən şər-xəta millətdir bunlar...

Əlbəttə, bir xəstəlik ki, qandan gəlir, genetika ilə bağlıdır, onun müalicəsi qəliz məsələdir. Ermənilərin nankorluğu, yaxşılığa pisliklə cavab vermək xisləti də eləcə. Bunların Rusiyaya – özlərinin tək xilaskarına münasibətinə diqqət edin. O Rusiya ki, onun sayəsində Qafqaz xəritəsində “Ermənistan” adında feyk dövlət peyda olub və “çörəyi dizi üstündə olan” millət bölgəyə doluşub, ardınca isə yerli (aborigen) xalqları sıxışdırmağa başlayıb. “Yersiz gəldi, yerli qaç!” məsəli...

Amma indi öz xilaskarlarını bəyənmir, ruslara “satqın” damğası vurmaqdan belə çəkinmirlər. Nədi-nədi, ermənilərin Azərbaycana qarşı ərazi iddiasına Rusiya yaxşı dəstək verməyib, 44 günlük savaşda işğalçı ölkəyə hərbi yardım göstərməyib!

Tarix boyu öz bədnam davranışları ilə İsa peyğəmbəri, insanlığı utandıran və xristianlığın üz qarasına çevrilən, ona kömək əli uzadanın qolunu qoparan bu “mədəni”, “qədim”, “Bibliya xalqı”nın faciələri də ona görə bitmir ki, o, Allahı unudub və sırf öz “dini”nə – erməniliyə tapınıb! Sağalmaz görünən mərəzin bir adı da budur - ermənilik!..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR