A.Kaya məsələ ilə bağlı verilən sualları belə cavablandırıb: “Bir neçə il əvvəl tomoqrafiya çəkdirdiyim zaman beynimdə “Allah” sözünə bənzəyən cizgilər gördüm. Lakin gözlərimə inanmadım. Özümü belə bir şeyə layiq görmədim. Düşündüm ki, mən Allahın bu lütfünü qəbul edəcək heç bir şey etməmişəm. Lakin sonuncu tomoqrafiya şəklini gördükləri zaman həkimlər də təəccübləndilər. Bu, Allahın mənə bəxş etdiyi lütfdür. Özümü xoşbəxt hiss edirəm”.






