İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Valyuta Fondunun yeni rəhbəri bu şəxs ola bilər - FOTO

527 02.12.2023 16:10 Dünya A A

İrlandiyanın dövlət xərcləri üzrə naziri Paskal Donohe Beynəlxalq Valyuta Fonduna (BVF) rəhbərlik edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

KMO_188614_00025_1_t245_103046.jpg (37 KB)

Bildirilib ki, BVF-nin icraçı direktoru Kristalina Georgiyevanın səlahiyyət müddəti 2024-cü ilin sentyabrında başa çatır. Onun ikinci müddətə namizədliyini irəli sürmək planının olub-olmadığı hələlik məlum deyil.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, hələlik heç kim BVF rəhbəri vəzifəsinə namizədliyini irəli sürməyib, lakin Donohe bu məsələ ilə bağlı ilkin danışıqlar aparır.

Qeyd edək ki, 49 yaşlı Paskal Donohe 2017-2022-ci illərdə İrlandiyanın maliyyə naziri olub. Nazirin sözçüsü "Bloomberg"ə bildirib ki, o, bütün diqqətini hazırkı işinə və öhdəliklərinə cəmləyib.

Donohe həmçinin növbəti İrlandiya seçkilərində namizəd kimi iştirak etməyi planlaşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR