İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq təşkilatlardan Qazaxıstan qırğınlarına “dişsiz” etiraz - Bakıda olsaydı...

648 15.01.2022 08:40 Siyasət A A

“Amnesty İnternational” və “Human Rights Watch” Tokayev hakimiyyətini insan haqlarına hörmət etməyə çağırıb, halbuki 160-dan çox ölən, minlərlə həbs edilən var...

Beynəlxalq təşkilatlar Qazaxıstan hadisələrinin ölümlə nəticələnməsi və həbslərin olmasına görə olduqca “dişsiz” bəyanatlarla çıxış ediblər. “Yeni Müsavat” xəbər verir ki, əgər oxşar proseslər Azərbaycanda və ya Türkiyədə baş versəydi, həmin Qərb təşkilatları şişirdilmiş, daha sərt şəkildə çağırışlar edərdilər.

Belə ki, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatları Almatıda hökumət əleyhinə çoxsaylı ölüm halları ilə nəticələnən nümayişlər zamanı üstəlik, minlərlə insanı həbs edən Qazaxıstan hakimiyyətini insan haqlarına hörmət etməyə çağırıb. Ölkə rəsmilərinin bildirdiyinə görə, ucqar Mangistau bölgəsində mayeləşdirilmiş neft qazının (LPG) qiymətinin kəskin artması ilə bağlı etirazlar Almatıya qədər yayıldıqdan sonra təxminən 10 min insan həbs edilib. Təhlükəsizlik qüvvələri küçələrdə polisə hücum edən, hökumət binalarını ələ keçirən və yandıran, dükanları qarət edən bəzi şəxslərə qarşı addımlar atarkən, iğtişaşlar daha da böyüyüb və ölümcül hala gəlib.

HRW calls for international mechanism to monitor human rights abuses in  Egypt – Middle East Monitor

“Human Rights Watch” yanvarın 13-də dərc etdiyi “Dünya Hesabatı”nda bildirib ki, Qazaxıstan hökuməti “ölkədəki böhran zamanı insan haqlarının qorunmasını prioritet hesab edə bilməyib, xəbərdarlıq etmədən atəş açıb öldürmək əmrini təcili olaraq ləğv etməli və həbsdə olanların hüquqlarını müdafiə etməlidir”. “Onlarla, bəlkə də yüzlərlə insanın öldürüldüyü və minlərlə insanın həbsdə olduğu bir vaxt Qazaxıstandakı insan haqları ilə bağlı narahatlıqlar kəskinləşib və bu, təcili olaraq həll edilməlidir” - deyə, “Human Rights Watch”-un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Vilyamson bildirib. Qazaxıstan son hadisələrlə bağlı şəffaf olmalı, hökumət qüvvələri tərəfindən sui-istifadə hallarını araşdırmalı və məsuliyyət daşıyanları cəzalandırmalıdır", - deyib.

“Amnesty International” isə həbs edilən jurnalistləri və fəalları dərhal azad etməyi tələb edib. İnsan haqları təşkilatı, həmçinin Qazaxıstan hökumətini polisin dinc nümayişçilərə qarşı odlu silahlardan istifadəsi ilə bağlı ittihamlar da daxil olmaqla, etirazlar zamanı bildirilən bütün insan haqları pozuntularını hərtərəfli və qərəzsiz araşdırmalara çağırıb. Qazaxıstan hakimiyyəti azı 18 hüquq-mühafizə orqanı işçisinin həlak olduğunu bildirməsinə baxmayaraq, iğtişaşlar zamanı öldürülən nümayişçilərin dəqiq sayı məlum deyil. Qazaxıstan hökumətinə bağlı Telegram kanalı yanvarın 10-da iğtişaşlar zamanı 164 mülki vətəndaşın öldüyünü bildirsə də, daha sonra Səhiyyə Nazirliyi bu rəqəmin doğru olmadığını və texniki nasazlıq səbəbindən səhv dərc edildiyini bildirib.

Göründüyü kimi, iki nüfuzlu təşkilat hökuməti insan haqlarına hörmətə etməyə çağırır, tutulanların da azad edilməsini istəyir. Sanki adi bir etiraz aksiyası olub və ölüm-itim olmayıb. Halbuki Bakıda belə iğtişaşların 10-da biri baş versəydi, həmin təşkilatlar dünyanı Azərbaycana sanksiyalar tətbiq etməyə çağırardı. Maraqlıdır, Qazaxıstanla bağlı bu cür ehtiyatlı, “dişsiz” davranışın səbəbi nədir? Yəni, beynəlxalq reaksiya bu səviyyədə olmalı deyildi. Bakıda isə bir siyasi fəal tutulanda ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, əksər Qərb təşkilatları həşir qoparır, daha aqressiv və kəskin bəyanatlarla çıxış edirlər. Bu mövqeni Qazaxıstan hadisələrində niyə görmədik?

Çingiz Qənizadə “Şöhrət” ordeni ilə təltif edilib | Report.az

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, sözügedən təşkilatların bəyanatlarının kəskin olmamasının bir neçə səbəbi var. Hüquqşünasın sözlərinə görə, əvvəla, bu təşkilatlar belə hadisələr baş verəndə ənənəvi bəyanatlarla çıxış edirlər: “Lakin bəyanatların məzmununda tonların yüksək, yoxsa zəif olması həmin ölkələrə münasibətdən, o cümlədən bu təşkilatları maliyyələşdirən dövlətlərin həmin ölkələrə siyasi baxışından asılı olur. Qazaxıstan xarici investisiya qoyuluşunu nəzərdən qaçıra bilmərik. Bu, Qazaxıstan iqtisadiyyatında böyük yer tutur. Böyük Britaniya daxil olmaqla, Avropa ölkələri, həmçinin Çin Qazaxıstana böyük kapital yatırıblar. Hətta ölkədə 60 faizdən yuxarı investorların sərmayəsi var. Ona görə Qazaxıstan hadisələrinə reaksiya tövsiyə xarakterlidir, təklif və tələblərdə kəskinlik yoxdur”.

Ç.Qənizadə hesab edir ki, həmin beynəlxalq təşkilatlar Azərbaycana münasibətdə isə qeyri-adekvat bəyanatlarla çıxış edirlər: “Azərbaycanda bir fərd saxlananda üçqat kəskin münasibətlə qarşılaşırıq. Ona görə Qazaxıstanla bağlı bəyanatda yumşaq notlarla kifayətləniblər, öz maliyyələrini qorumağa çalışıblar. Eyni zamanda, Qazaxıstan hakimiyyətini qıcıqlandırmırlar ki, Rusiyanın təsirinə düşməsin. Çünki Tokayev gözlənilmədən ayın 23-dək KTMT qüvvələrinin çıxmalarını tələb edib. Bu, Rusiyanı şoka salan çağırışdır və biz Qərblə Qazaxıstan danışıqlarının nəticəsini görməkdəyik. Yəni, ya investisiyaların axını, ya da Rusiya... Tokayev isə Rusiyaya yox, Qərb investisiyasına üstünlük verdiyini nümayiş etdirib və KTMT qüvvələrinin ölkəni tərk etməsi tələbi qoyub. Nəticədə adıçəkilən beynəlxalq təşkilatlar da ciddi olmayan bəyanatlar verməklə öhdəliyi yerinə yetiriblər”.

Günel Səfərova Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri seçildi »  Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

 Günel Səfərova

“Vətəndaş” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Günel Səfərova “Yeni Müsavat”a bildirdi ki, Qərbin Qazaxıstan hadisələrinə reaksiyası çox müzakirə olunmaqdadır. Onun sözlərinə görə, Rusiyanın hərbi kontingentini bu ölkədən belə tezliklə çıxarması əslində, üzdə danışılmayan, amma Qərblə gedən dərin dialoqun nəticəsidir: “Bizim politoloqlar fikirləşirdilər ki, KTMT uzun müddət qalacaq, Qazaxıstandan çıxmayacaq. Amma bu məsələdə Qərbin təzyiqlərinin nəticəsi olduğunu düşünürəm. Beynəlxalq təşkilatların isə bu cür bəyanatlar verməsi təbiidir, çünki onların bəyanat verməkdən başqa təsir mexanizmləri yoxdur. Hər halda öz əməkdaşlarını Qazaxıstana göndərib yerində araşdırma aparıb hesabat hazırlayacaqlar. Sadəcə, təşkilatlar adətən bu cür davranır. Amma söhbət gedə bilər ki, nə dərəcədə sərt bəyanatlar verilib”.

G.Səfərovanın fikrincə, ABŞ rəsmilərinin Ukrayna və Qazaxıstan mövzularında ciddi müzakirələri davam edəcək: “Nəzərdən qaçırmayaq ki, Qazaxıstanda Amerikanın, Qərbin bütün fondları fəaliyyət göstərir, vətəndaş cəmiyyətinin qurulmasında xeyli işlər görülüb. Rusiya üçün Ukrayna Avropaya çıxış baxımdan önəmli yerdədirsə, Qazaxıstan Orta Asiyanın lider ölkələrindən biridir. Düşünmürəm ki, Qərb bu proseslərə yumşaq yanaşacaq. Gedişat göstərir ki, Qərbin yumşaq gücü Qazaxıstanda var və getdikcə artacaq. Hər şey hakimiyyətdə hansı dəyişiklik olacağından asılı olacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR