İnsanlara hürriyət, millətlərə istiqlal!

BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİ QARABAĞ MÜHARİBƏSİNDƏ İTKİN DÜŞƏNLƏRİN AXTARIŞI ÜÇÜN DNK ANALİZİ TƏTBİQ EDƏCƏK

1983 22.10.2011 09:17 Gündəm A A
Bununla belə Azərbaycanın İtkin və əsir düşmüş şəxslərin işi üzrə Dövlət Komissiyasının açıqladığı faktlardan məlumdur ki, siyahıdakıların əksəriyyəti azərbaycanlılardır. Belə ki, komissiya Beynəlxalq Qırmızı Xaç Komitəsinə Qarabağ münaqişəsi zamanı itkin və girov düşmüş 4 minə qədər azərbaycanlı barədə məlumatları təqdim edib. Onların əksəriyyəti mülki şəxslərdir.
L.Karrafi deyib ki, Komitə Dağlıq Qarabağ münaqişəsi zonasında münaqişə qurbanlarına yardım etmək üçün öz missiyasını 90-cı illərin əvvəllərində başladıb. Həmin vaxtdan bu yana on minlərlə şəxsə yardım göstərilib. “Atəşkəs haqqında sazişin imzalanmasından 17 il keçsə də münaqişənin humanitar nəticələri hələ də özünü göstərməkdədir. Bu nəticələr itkin düşmüş şəxslərin ailəsində və təmas xətti boyu yaşayan insanların həyatında özünü daha qabarıq göstərir. Bütün bu illər ərzində biz Ermənistanda, Azərbaycanda və Dağlıq Qarabağda öz missiyamızı açaraq operativ fəaliyyət göstərmişik. Komitə öz fəaliyyətini münaqişədən zərər çəkən insanların ehtiyaclarına adaptasiya edib” deyə o bildirib. Karrafi qeyd edib ki, komitə hazırda mina qurbanlarına yardım göstərilməsi missiyasını da həyata keçirir. O vurğulayıb ki, komitənin fəaliyyəti sırf humanitar əsaslara söykənir və Qırmızı Xaç münaqişə ilə bağlı heç bir siyasi məsələyə qarışmır. Komitənin məqsədi əsir və girovların dəyişdirilməsi üçün vasitəçilik etmək, habelə itkin düşmüş şəxslərə aid olduğu güman edilən qalıqların tapılıb təhvil verilməsini təşkil etməkdir. O, itkin düşmüş şəxslər barəsində məlumat bazası hazırlandığını, ora həmin şəxslərin yaxınlarından götürülmüş DNK nümunələri də daxil edildiyini açıqlayıb. Karrafi deyib ki, gələn ildən etibarən itkin düşmüş şəxslərə aid olduğu güman edilən qalıqların kimə məxsus olduğunu müəyyən etmək üçün DNK analizləri tətbiq ediləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR