İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Miqrant Günü qeyd olunacaq

1212 16.12.2013 13:26 Son xəbər A A
Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 18 dekabr 1990-cı ildə  “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” beynəlxalq konvensiyası qəbul olunub və 18 Dekabr tarixi Baş Assambleya tərəfindən 2000-ci ildən başlayaraq  “Beynəlxalq Miqrant Günü” elan edilib. Elə həmin vaxtdan etibarən 18 Dekabr dünyanın bir çox ölkələrində Beynəlxalq Miqrant Günü kimi qeyd edilir.
Azərbaycan Miqrasiya Mərkəzinin prezidenti Əlövsət Əliyevin musavat.com-a verdiyi məlumata görə, Azərbaycan Miqrasiya Mərkəzi Beynəlxalq Miqrant günü ilə bağlı dəyirmi masa keçirəcək. Dəyirmi Masada Azərbaycanda mqirantların və  müxtəlif ölkələrdə məskunlaşan Azərbaycan vətəndaşlarının vəziyyəti ilə bağlı məlumat veriləcək. Eyni zamanda Azərbaycan Miqrasiya Mərkəzinin Azərbaycan hökümətinə Miqrasiya Siyasəti ilə bağlı tövsiyələrinin də təqdimatı olacaq.
Tədbirdə Azərbaycan hökumətinin, səfirliklərin, beynəlxalq təşkilatların,  KİV və yerli QHT-lərin nümayəndələri iştirakı gözlənilir.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR