İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq komissiya: “Rusiya təyyarəsi yəqin ki, havada partladılıb”

879 08.11.2015 19:26 Dünya A A

Sina yarımadası üzərində Rusiyaya məxsus A321 sərnişin təyyarəsinin qəzaya uğramasını araşdıran beynəlxalq komissiyanın üzvləri 90% əmindirlər ki, avialayner partlayış nəticəsində yerə düşüb.

Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu zaman istintaqçılar düşməzdən bilavasitə öncə təyyarənin qurğuları tərəfindən qeydə alınmış partlayış səsinə istinad etdiklərini bildiriblər.

Öz növbəsində CNN xəbər verir ki, amerikalı mütəxəssislər təyyarə qəzasına terror partlayışının səbəb olduğuna əmindirlər. Amerikalı mütəxəssisərdən biri belə deyib: “Mən buna 99,9% əminəm”.

Misir hökuməti isə qəzanın səbəbini rəsmi açıqlamağa hazır olmadığını, lakin heç bir halı istisna etmədiyini bəyan edib.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR