İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq hüququn “narahatıq, valokardin gətirin” şivəni və bizimkilərin Göyçə hay-küyü

1814 20.09.2022 15:21 Son xəbər A A

Ermənilərin “Nensi nənəsi” İrəvan səfərini başa vurub geri döndü. Düzdür, hələlik Ermənistanda, Nensi Pelosinin qalmaqallı səfəri ilə gündəmə gələn Tayvandakı kimi ölüm-itim, dağıntılarla müşayiət olunan zəlzələ baş verməyib, amma ermənilərin içərisində də bəziləri tapılıb ki, bu səfərin onlara baha başa gələcəyini etiraf edirlər.

Məsələn, iranşünas alim Vardan Oskanyan deyib ki, "Ermənistan İran əleyhinə bəyanatlar platformasına çevrilməməlidir". Yəni haylar da anlamağa başlayıblar ki, əslində "Pelosi-nənəsi" onları göz yaşlarına dolayıb, cəncələ salıb. İran o yandan, Rusiya bu yandan Ermənistana diş qıcayır...

Adam bir anlıq düşünür ki, bəlkə də ABŞ Konqresi Nümayəndələr Palatasının sədrinin qondarma “soyqırım” muzeyində farslarla ermənilər arasındakı döyüşlərdən danışmasını ermənilər bilərəkdən tərcümə etmək istəməyiblər, ermənilər iranlıların 15 əsr əvvəl onları “soyqırım”a məruz qoymasından bixəbər qalsınlar. Həm də ört-basdır eləsinlər, İran bu mövzudan bixəbər qalsın. Sabahsa İran parlamenti Ermənistan-Azərbaycan döyüşlərini müzakirə etməyə hazırlaşır, İrəvandakı anti-İran çıxışlardan danışmaq əvəzinə...

ABŞ Konqresinin Nümayəndələr Palatası 1,9 trilyon dollarlıq ...

Pelosinin Azərbaycan əleyhinə bəzi fikirlər söyləməsi erməniləri cuşa gətirdiyi kimi, içimizdəki və xaricdəki “bizimki”ləri də hərəkətə gətirib. Bəziləri dərhal hay-küy saldılar ki, baxın, ordumuzun Göyçəyə, Qərbi Zəngəzura girməsinə sevinirdiniz, indi alın cavabınızı, ABŞ Konqresi qətnamə hazırlayacaq, Azərbaycan sanksiyalara məruz qalacaq, daha nələr...

Nancy Pelosi's long history of opposing Beijing - BBC News

Amma çox keçmədi, məlum oldu ki, Azərbaycanın qəhrəman əsgəri sadəcə sərhəd bütövlüyümüzü təmin etməklə məşğuldur, Ermənistan ərazisinə keçməkdən söhbət belə, gedə bilməz! Amma qısa zaman çərçivəsində bir sıra adamların kimliyi, hansı “din”ə qulluq etdiyi aydın oldu. Ermənistandakı “Soros uşaqları” ilə onları birləşdirən məqamlar, məsələlər, mətləblər var, eyni “qab”dan su içirlər deyə, hətta ağalarından sifariş belə, gözləmədən hərəkətə keçirlər, haylar hay-küy salmamış, onlar “qoymayın, Azərbaycan ordusu Göyçəni aldı, beynəlxalq hüquq-vaveyla”kimi demaqogiyaya başlayırlar.

Dəfələrlə yazılıb, deyilib: Azərbaycanın başına bu qədər müsibətlər gələndə beynəlxalq hüquq hansı filin qulağında yatıbmış ki, azı 30 il ərzində oyanmayıb? Bir az da o tərəflərə gedək: 1948-53-cü ildə yüz minlərlə azərbaycanlı Ermənistandan deportasiya olunanda beynəlxalq hüquq şirin yudaydı. 1988-ci ildən başlayaraq azərbaycanlıların kütləvi şəkildə qovulması, öldürülməsi, əmlakının qəsb edilməsində harda ölmüşdü beynəlxalq hüquq? Xocalıda uşaqlar, qocalar, qadınlar soyqırım ediləndə, Kərkicahanda, Malıbəylidə, Bağanis Ayrımda...azərbaycanlılar öldürüləndə, yandırılanda da nə beynəlxalqı gördük yanımızda, nə də hüququ. Ermənistan 30 il ərzində Şuşa başda olmaqla, Qarabağı, Şərqi Zəngəzuru talan etdi, beynəlxalq hüququn “Minsk Qrupu” adında təlxəkləri İrəvan yolu gəlib Qarabağda tut arağı hortuldadıb, geri döndülər, ili-ilə dəyişdilər, təmas xəttində, öz həyətində oynayan 2 yaşlı Zəhra balamızı, 9 yaşlı Farizimizi erməni gülləsi qətl edəndə belə, tükləri tərpənmədi...

Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycan iqtisadiyyatının 4%-ni ...

Amma Azərbaycan cavab tədbiri görən kimi hərəkətə keçdilər, “narahatıq, valokardin gətirin” şivəni ərşə dirəndi.

İndi nə oldu bizim bəzi “ağıllılar” humanizm kisəsini açıb dərs deməyə çalışırlar? Vaxtilə ermənilərlə gediş-gəlişə, humanitar əlaqələrə çağıran və bu yolla günün birində nifaqa son qoyulacağına inandırmağa cəhd göstərənlər var idi. Bu gün də bəziləri “yeni xanə”dən başlayıblar, Göyçə-Zəngəzur “təəssübü” çəkirlər, daha doğrusu, Göyçə, Zəngəzur, İrəvanı bizdən (!) qoruyurlar, a kişilər! Hesab edirlər ki, Azərbaycanın tarixi ərazilərinə iddiası zərərlidir, təhlükəlidir. Niyə? Bəs, erməni sarsaqların 34 ildir “arsax” adlı sərsəm iddiası ortada varkən, həmin beynəlxalq hüquqa məhəl qoyulmadığı halda, biz niyə tarixi torpaqlarımızla bağlı həqiqəti ortaya qoymamalıyıq?! Beynəlxalq hüquq deyirsiniz? Olsun. Paris Sülh Konfransının da təsdiq etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi var, 1920-i ilin yanvarında de-fakto tanınan Azərbaycanın! Ərazimiz 113,9 min kv.km-dir! Hələ mübahisəli əraziləri bir tərəfə qoyuruq. Sovetlərin işğalından sonra isə Azərbaycandan Zəngəzuru, Göyçəni alıb, Ermənistana yapışdırdılar, Naxçıvan, Qazax və s istiqamətlərdən yaylaq, qışlaq adı ilə torpaqlarımızı 80-ci illərədək ələ keçirdilər. Hətta Nüvədi kəndinin ilhaqının rəsmiləşdirilməsi 60-cı illərdə başa çatdırıldı. İndi biz bütün bu faktları unudaq? Ermənilər cəmi 200 ildir Azərbaycan ərazilərinə köçürülüb, amma sayca ikinci respublika qurmaq istəyirlər bizim torpaqlarımızda. Bizsə Göyçə-Zəngəzur, ya İrəvanda cümhuriyyət elan edilməsini əsəbi qarşılayır, məzəmmət edirik bu fikirdə olanları. Araşdırın, görün neçə erməni Qarabağı birmənalı şəkildə Azərbaycan ərazisi sayır və deyir “arxas adlı dövlət yoxdur”? Həqiqəti bilsələr də, demirlər! Biz erməniləri diz çökdürmək üçün bütün məqbul metodlardan istifadə etməliyik. Necə ki, vaxtilə Qarabağ ətrafında “təhlükəsizlik zolağı”nın vacibliyindən dəm vururdular və dediyiniz beynəlxalq hüquq bu əsassız iddia qarşısında lal olurdu. İndi bizim də tam haqqımız var, sərhəd boyunca təhlükəsizlik zolağı yaradaq, düşmənin çənbərini daraldaq. Erməninin narahatlığı anlaşılandır, sizlər niyə qurcuxursunuz?

New Artsakh Foreign Minister Babayan Declares Artsakh Republic ...

Və... erməni mediası yazır: “Sentyabrın 19-da Artsax Respublikasının xarici işlər naziri David Babayan ABŞ Konqresində ABŞ Şərq Dairəsinin Hay Dat Komissiyası, Amerika Erməni Assambleyası və ABŞ-ın Erməni İşləri Komissiyası tərəfindən təşkil olunmuş tədbirdə iştirak etmişdir”.

Budur sizin beynəlxalq hüququnuz? Qarabağ separatçılarının nümayəndəsi neçə gündür ABŞ-da sülənir, hətta Konqresədək gedib çıxa bilib. Osetin, abxaz separatçısı Amerikanın hava sərhədini belə poza bilməzdi, qanadını qırardılar...

Bu arada: “Regnum” xəbər agentliyinin baş redaktoru Modest Kolerov deyib Zəngəzurda yaşayan 40 min ermənidən 7.5 mini artıq bölgəni tərk edib. O bildirib ki, belə davam etsə, əhali gedəcək, Zəngəzur boş qalacaq. “Yerli erməni əhalisi olmadığı halda, yeganə həyat əlaməti azərbaycanlıların Naxçıvana tranziti olacaq, bu da Azərbaycan polisinin iştirakı ilə həyata keçiriləcək”, -Koerlov bildirib. Dünənədək Xankəndi, Xocalı və Xocavənddəki erməni separatçılarla hesablaşmaqla bağlı baş sındırırdıq. Artıq bir ovuc qalıblar, nəinki Xankəndidə, hətta Zəngəzurda belə... Azərbaycanlıların tarixi yurdlarına dönməsi üçün möhtəşəm proses gedir, biz elə bunu istəyirdik, bəs siz?!

Bir az özünüzə qayıdın! Vətənlə körpüləri yandırmayın ki, sonra Xankəndiyə, Göyçəyə, Zəngəzura... getməyə üzünüz olsun!

Elşad Paşasoy,
Musavat.com

Yurdçu jurnalistlər” siyahısında mənim də adımı salmışdılar ...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR