İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq hüquq müdafiəçiləri Tokayevdən “xəbərdarlıqsız atəş” əmrini geri götürməyi tələb edirlər

338 08.01.2022 14:16 Dünya A A

 

Mərkəzi ABŞ-ın Nyu-York ştatında “Human Rights Watch” təşkilatı Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevdən ona qarşı etiraz edən insanlara (Tokayevin terrorçu adlandırdığı-red.) xəbərdarlıq olunmadan atəş açma əmrini geri çağırmasını tələb edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu tələb təşkilatın rəsmi saytında yerləşdirilən bəyanatda əks olunub.

“Həmin göstərişin Qazaxıstanın insanların yaşamaq hüququnun müdafiəsi ilə bağlı üzərinə götürdüyü beynəlxalq-hüquqi öhdəliklərinə ziddiyət təşkil edir”, - deyə sənəddə bildirilir.

Tokayev xəbərdarlıqsız atəş açmaq əmri verdi - VİDEO | Hokm.Az

Qeyd etmək lazımdır ki, bundan öncə Ağ Evin rəsmi nümayəndəsi Karin Jan-Pyer Tokayevin əmrinin beynəlxalq birlik üçün ciddi narahatlıq doğurduğunu dilə gətirib. ABŞ hökuməti bundan başqa Qazaxıstan rəhbərliyini sabitliyin bərpası prosesində “təmkinli” davranmağa çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR