Göygöl rayonunda qətl hadisəsi olub.
"Report"un məlumatına görə, rayonun Üçtəpə kəndində təqribən 30-35 olan Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
G.Cəlilli Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən Orxan adlı şəxs də vaxtilə həmin bankda mühafizəçi işləyib. Qadının iki övladı qalıb. Həyat yoldaşının illər öncə rəhmətə getdiyi bildirilir. Qadın övladları və bibisi ilə birgə yaşayırmış.
Hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.






