İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq aviaşirkətlər Azərbaycana yeni reyslər həyata keçirəcək

753 03.02.2023 20:37 Ölkə A A

Azərbaycanın beynəlxalq hava limanları beynəlxalq aviaşirkətlərin yeni reyslərini qəbul edəcək.

Bu barədə Musavat.com-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi xarici aviaşirkətlərin ölkəmizin hava limanlarına yeni reyslərin həyata keçirilməsi və mövcud istiqamətlər üzrə tezliyin artırılması ilə bağlı müraciətini təsdiq edib. Sözügedən təsdiq İzmir, Bodrum, Dalaman, Ankara, Antalya, Riqa, Budapeşt, Varşava, Əbu-Dabi, Küveyt, Maskat, Roma, Rusiyanın və MDB ölkələrinin bir sıra istiqamətlərinə şamil olunur.

Bakı hava limanı ilə yanaşı, aviaşirkətlər regional hava limanlarına da maraq göstərir. Hazırda Azərbaycanın beynəlxalq hava limanları sözügedən aviaşirkətlərin reyslərinin qəbulu üzrə zəruri işlər aparır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR