BƏYLƏR ƏYYUBOV QOHUMLARINI İŞDƏN ÇIXARTDIRDI
General Bəylər Əyyubovun yaxın qohumları olan Ceyhun və Seyhun adlı qardaşlar Bakı kəndlərinin birində 14 hektar torpaq sahəsini ələ keçirmək istəyiblər. Hansı ki, həmin kənddə torpağın bir sotunun qiyməti 5-10 min manat civarındadır. Ancaq B.Əyyubovun qohumlarına bildiriblər ki, oranı başqa bir nüfuzlu şəxsin qohumları gözaltı eləyib. Ceyhun və Seyhun qardaşları isə öz adamları vasitəslə qarşı tərəfə mesaj göndərərək görüş üçün vaxt təyin ediblər.
Görüş elə mübahisəli torpaq sahəsində baş tutub. Öz adamları ilə görüş yerinə yollanan B.Əyyubovun qohumları deyilən yerdə idmançılardan ibarət təxminən 15 nəfərin olduğunu görüblər. Mənbə bildirib ki, tərəflərin söhbəti əvvəlcə sakit tonda başlasa da getdikcə qızışıb və B.Əyyubovun qohumları silaha əl atıblar. Bu zaman qarşı tərəfdən bir neçə nəfər silah çıxarıb və onlar da balaca adam olmadıqlarını bildiriblər. B.Əyyubovun qohumları isə onları və arxalarında duran şəxsləri söyərək ölkənin sahibi özləri olduqlarını bildiriblər.
Ancaq qarşı tərəfdəkilər özlərini təqdim edəndən sonra Ceyhun və Seyhun qardaşları bir qədər sakitləşiblər. Onlara məlum olub ki, rəqibləri ölkənin güc strukturlarından birinə rəhbərlik edən şəxsin qardaşı uşaqlarıdır. Bundan sonra “razborka” başa çatıb.
Amma bu qalmaqal B.Əyyubovun qohumlarına baha başa gəlib. Sən demə, “razborka” zamanı onların səsi yazılırmış. Həmin kaset sonradan B.Əyyubovun qardaşı Rafiq Əyyubova təqdim olunub və R.Əyyubov qohumlarının qanunsuz əməlləri barədə general qardaşına məlumat verib.
Bu yerdə xatırladaq ki, hörmətli B.Əyyubov son illər yaxınlarının və onun adından istifadə edənlərin əlindən zara gəlib. Odur ki, bir müddət öncə general bütün qohumlarına onun adından sui-istifadə etməyə və pis-pis əməllərlə məşğul olmağa birmənalı şəkildə qadağa qoyub. B.Əyyubov qohumlarına deyib ki, kim onun adından istifadə edərək qanunsuzluqla məşğul olsa, onu şəxsən cəzalandıracaq.
Qeyd edək ki, generalın qohumları bir-birinin ardınca rezonans doğuran bir sıra hadisələr törədiblər. Bir müddət öncə onun Romik adlı qohumu Xanlardakı “Duru” restoranında dava-dalaş salmış və nəticədə bıçaqlanma hadisəsi baş vermişdi. Bunun ardınca Xosrov Həsənov adlı qohumu Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayevin üstünə avtomat çəkmişdi. Osman adlı başqa bir qohumu isə “Fırtına Həsən” kimi tanınan şəxsin bacısı oğlunu döydüyünə görə həbs olunmuşdu. Bundan başqa, B.Əyyubovun adından istifadə edən bir qrup şəxs neçə illərdir Binəqədi rayonunda at oynadır, onlar Rəsulzadə və Binəqədi qəsəbə bələdiyyələrinin balansında olan hektarlarla torpağı qanunsuz zəbt edərək ayrı-ayrı şəxslərə satırlar. Bu məsələ üstündə dəfələrlə “razborka”lar olub və hamısında da B.Əyyubovun adı hallanıb. Məlumatlara görə, bu səbəbdən də bir müddət öncə B.Əyyubov qohumlarına sakit dolanmaları barədə qəti tapşırıq verib. Hətta onlardan bir daha qanunsuz əməllərlə məşğul olmayacaqları barədə söz aldıqdan sonra bir neçəsini yaxşı vəzifəyə təyin etdirib. Məsələn, bir müddət öncə “Fırtına Həsən”in bacısı oğlunu döydürən Osmanı ARDNŞ-də işə düzəldibmiş. Bakıdakı son silahlı “razborka”da adı keçən Ceyhun adlı qohumunu Bakı Şəhər Vergilər Departamentində, onun qardaşını isə paytaxtın rayonlarının birinin gömrük komitəsinə rəis müavini təyin etdiribmiş.
R.Əyyubov silahlı “razborka” barədə kaseti ona təqdim edəndən sonra general həm Ceyhunu, həm də Seyhunu işdən çıxartdırıb və qohumlarının nəzərinə çatdırıb ki, bundan sonra nə hansısa yaxınına yardım edəcək, nə də onların problemini yoluna qoyacaq. B.Əyyubov hesab edir ki, qohumlarının və onun adından istifadə edən işbazların əməlləri imicinə böyük zərbə vurur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. Mövzuya qayıdacağıq.